0
Sunday 21 October 2012 - 16:05
Aktual

Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti - (1)

Story Code : 205417
Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti - (1)
Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti - (1)
Islam times.org/az/ - Allah təalanın dəyişilməz qanunlarından biridir ki, hər dünyaya gələn uşaq İslam fitrəti üzrə doğulur. Yeni dünyaya göz açmış insanın hər bir əməli, işləri və duyğuları pakdır. Ağlında və fikrində zərrə qədər olsa da pis niyyət və fikir yoxdur.

Allah Təala insanı bu təmiz fitrət ilə həyat sürməsini həm arzu edər, həm də təşviq edər. Qurani Kərimdə belə deyilir: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz.” (Rum-30)


Bəli, bugünkü Türkiyə dövlətinin baş naziri Rəcəb Tayyib Ərdoğan da 26 fevral 1954-cü ildə İstanbulun Kasımpaşa əyalətində bu təmiz fitrət ilə dünyaya göz açdı. Sadə müsəlmanlardan olan ata və anası oğlanlarının adını Rəcəb Tayyib qoydular. Hicri Qəməri aylarının yeddincisi olan Rəcəb, həmçinin heybətli, əzəmətli və hörmətçil mənasını daşıyır. Tayyib isə yaxşı, gözəl və əla mənası verir.

Rəcəb Tayyib Ərdoğan doğduğu gündən etibarən heybətli, əzəmətli, hörmətçil, sevimli, gözəl və azad...! Ancaq gələcəyi qapqaranlıq və peşmanlıq dolu, ancaq min peşmanlığı belə heç bir fayda verməyən bir Rəcəb Tayyib Ərdoğan görürəm. Niyə?

Bəsirəti açıq olanlar bunu əlbəttə açıq bir şəkildə görə bilirlər.
Günlər, aylar və illər keçdikcə Ərdoğan uşaqlıq dövrünə çatdı və orta və yaxud da bir az kasıb ailələrdə olduğu kimi Ərdoğan da ata və ya anasının təşviqi ilə küçələrdə simit sattı. “Simiiit”, “simitçiii” avazı sanki hələ də kiçik Rəcəbin qulaqlarında eşidilir. Yenə o yaşlarında həmyaşıdları ilə küçələrdə futbol oynamaqla keçirtdi vaxtını Tayyib Ərdoğan. Gənclik illərində futbola daha da maraq göstərdi və gələcək illərdə Camialtı, İETT və Eroksporda 16 il futbol oynadı.

Doğumundan gənclik illərinə qədər ata-anası da boş durmadı. Oğlumuz dindar olsun deyə əllərindən gələni etdilər. O gənc və təmiz fitrətli Tayyibi öz azad seçimi ilə baş-başa buraxmadılar. Hər ana-atanın etdiyi kimi onlar da öz oğullarının iradəsini öz təsiri altına aldılar. Eyni öz düşündükləri kimi övlad böyütmək istədilər. Növbəti illərdə İmam Hatip litseyinə qoydular. 1973-cü ildə İmam Hatip litseyini Əbu Hənifə məktəbinə mənsub olaraq bitirdi. İradəsi ikinci dəfə təsir altına alındı.

Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetinin İqtisadiyyat və Ticarət Elmləri fakultəsinin tələbəsi olduğu vaxt kommunizmə qarşı qurulan Milli Türk Tələbə Birliyi ilə sıx əməkdaşlıq etdi. Türkiyə bu zamanlarda yeni bir İslami hərəkat ilə tanış olurdu. Misirdə Həsən əl Bənna və dostları tərəfindən qurulan “Müsəlman Qardaşları Təşkilatı”-ı (İxvani Müslim) İslam dünyasına təsir qoyduğu bir müddətdə Türkiyə də bu təşkilatdan öz payını aldı.

Həsən əl Bənna, Seyyid Kutb,
Muhəmməd Kutb, Abdulkadir Udeh, Rəşid Qannuşi, Mevdudi və digərlərinin əsərləri Türk dilinə tərcümə edildi.

İnanıram ki, Rəcəb Tayyib Ərdoğan bu kitabları böyük bir zövq ilə oxudu və qeydlər götürdü. Mərhum Preofessor Seyyid Kutbun “Yoldakı İşarələr” adlı kitabından çox təsirlənməli idi. O illərdə Tayyib Ərdoğanın arzusunda İslam dövləti qurmaq xəyalları var idi. Ta ki, siyasət səhnəsinə çıxana qədər....

1976-cı ildə Ərdoğan Milli Səlamət partiyasının Bəyoğlu Gənclik qolunun rəhbərliyinə seçildikdən sonra bu kiçik siyasətçi tez bir zamanda böyük qardaşlarından siyasət sertifikatı alaraq eyni ildə MSP İstanbul rəhbərliyinə seçildi.

Rəcəb Tayyib böyük qardaşlarını addım və addım izlədi. Çünki yüksəlmənin yolu bundan keçirdi. Təriqətlərinə girmək, əl öpmək, qarşısında əyilmək, çantalarını daşımaq və s. kimi.

Tayyib Ərdoğan da artıq Nakşibənd təriqətinin İskəndərpaşa Dərgahının sadiq bir müridi idi. Dərgahın şeyxi Məhmət Zait Kotkunun dizinin dibindən ayrılmayan bir aşiq. Bu səfər də iradəsini böyük ağalarına və şeyxinə təslim etmiş sadiq bir davamçı. Bu illərdə Rəcəb hələ siyasətdə səriştəsiz idi... Daxili və xarici siyasət qaydalarını bilmədiyi üçün bəzən atəşli çıxış və nitqləri ilə kütlələri coşdururdu.

1978-ci il 4 iyulda Əminə xanımla evləndi. 1985-ci ildə Rifah partiyasının İstanbul şöbəsinin rəhbəri oldu və 1994-cü il 27 mart seçkilərində İstanbul Bələdiyyəsinin rəhbəri seçilən Tayyib Ərdoğanın ulduzu siyasi səhnədə sürətlə parlamağa başladı. Hələ ayaqları yerə tam dəyməmiş kütlələrin nəbzinə uyğun çıxışlar etməyə başladı. Misal üçün bir çıxışında: “Türk olduğum üçün çox xoşbəxtəm ifadəsini deməklə millətin böyüklüyü qoruna bilərmi? Osmanlı 30-a yaxın etnik qrupu ümmət düşüncəsi ilə bir yerdə tutdu. Biz də inanc birliyi ilə tutacayıq...” deyirdi.

1991-ci ildə ilk Fars Körfəz müharibəsindən sonra verdiyi bildirişdə: “Bu müharibə ABŞ-ın, imperializmin və sionist dünyasının dünyaya hakim olmaq üçün etdikləri bir müharibədir...” deyirdi. Digər bir çıxışında isə “Biz Avropa Birliyinə girməmək üçün gəlirik..! (Çünki) Siz onların dinini qəbul etmədiyiniz müddətdə onlar sizi özlərindən saymayacaqlar. Kafirlərlə dost olmayın!”

Buna oxşar daha çox çıxışlarını arxivlərdə görmək əlbəttə ki, mümkündür. Hər inancın ifratçısı olduğu kimi Millətçilik və Kamalizmin də ifratçı və təfritçisi var idi. Bugünə qədər insanların həyatında həmişə onlar hakim oldular.
Bu ifratçı fikirlər onu ilk əvvəllər İstanbul Bələdiyyə rəhbərliyindən uzaqlaşdırdı, sonra isə həbsxanaya saldı.

2000-ci il 16 iyulda həbsxanadan yenicə çıxan Rəcəb Tayyib Ərdoğan ABŞ-a getdi. Ged
rkən: “Hədəfə çatmaq üçün lazım olarsa keşiş paltarı belə geyinərəm” deyərək zehnini və düşüncəsini təzələyirdi.

Amerika səfərində American Jewish Comitte (Amerika Yəhudi Komitəsi)-nin qonağı oldu. Həm də orada JİNSA (Yəhudi Milli Təhlükəsizlik İnstitutu)-nun rəsmiləri ilə görüşdü.

Yenə 4 iyul 2001-ci ildə özəl bir dəvət ilə ABŞ-a çağırıldı və Rəcəb Tayyib Ərdoğan bu dəvəti dərhal qəbul etdi. 2001-ci il 14 avqustda ölkəsinə qayıtdıqdan dərhal sonra Ədalət və İnkişaf partiyasını quraraq Ərbəkan ilə yolunu ayırdı.

Zərər görmüş məzlum bir Ərdoğan artıq siyasət səhnəsində idi. Ancaq bu səfər də yenə iradəsini təslim etmiş bir Ərdoğan... Bu səfər iradəsini böyük şeytan olan Amerikaya təslim etmiş bir Rəcəb Tayyib Ərdoğan!...

Böyük şeytan Amerikaya beyət etdikdən sonra 2003-cü il 31 martda tarixində Amerikalı dostları üçün: “Qəhrəman gənc Amerikalı qadın və kişilərin ən az itki ilə evlərinə sağ-salamat geri dönməsini üçün dua edirəm” demişdir və Amerikanın İraqda etdiyi zülm və qətilləri sanki görmürdü.

Artıq qarşımızda Kasımpaşalı Rəcəb Tayyib Ərdoğan. Köhnə fikirlərini tərk etmiş və sadəcə kütlələrə təsir edən, onların xoşuna gələn sözlər, şüarlar və vədlərlə siyasət səhnəsinin təsirli bir aktyoruna çevrilmişdir. Ancaq mürtəce millətçilər zaman-zaman Tayyibin ayağına dolaşmağa başladılar. Ta o vaxta kimi ki, ABŞ-ın icazəsi ilə ordudakı kadr və kadırların sivil əlaltıları aradan qaldırılana kimi.

O içi boş bir mövzu ilə kütlələrə təsir edərək ayaqda saxlamağı bacaran bir natiq idi... Baxırsan ki, Məhərrəm ayında Aşura mərasimində Azəri vətəndaşlarının yanında yer alaraq atəşli sözləri ilə tarixi gerçəkləri dilə gətirməklə sanki bir Əhli-Beyt aşiqidir... Başqa bir yerdə isə Nazim Hikmətin sadiq bir tələbəsi, digər bir yerdə isə ifratçı bir ələvi dədəsi rolunda. Dini azlıqlarla bir yerdə olduğu vaxt sanki kilsənin və ya sinaqoqun başında oturan bir ağadır.

Kürdüylə, Nusayrisiylə, Şiəsiylə, ABŞ və Avropa xristiyanlarıyla, zalım, işğalçı və Allahın lənətinə tuş gəlmiş İsraillisiylə, Yəhudisiylə, Buddistiylə, Bütpərəsti ilə qardaş kimi olur. Xoşgörüşlü olmaq, onların hüquqlarını qorumaq başqa şey, qardaş olmaq başqa bir şeydir.

Müxalifət partiyaları, müxalif millətçi media, millətçi iş adamları susdurulmuş, təhdid edilmiş, digər media və vətəndaş cəmiyyətləri təşkilatlarına süfrəsində yer ayıraraq tək olmaq xəyalı ilə onları öz tərəfinə çəkmişdir.

Tam bu nöktədə ABŞ, İsrail və Avropa Birliyi iş başında... Çünki qürurlu insan heç vaxt gələcəyi görə bilməz. Nəinki sabahı, axirəti heç görmək istəməz. Baxın İran Şahı, Səddam, Qəddafi, Hüsnü Mübarək və daha neçəsinin acı aqibəti...

Zalım, böyük şeytan olan Amerika Yaxın Şərqi yenidən qurmaq və dizayn etmək üçün Rəcəb Tayyib Ərdoğanı asılı vəziyyətdə olan bir aktyor kimi Yaxın Şərq layihəsinin rəhbəri vəzifəsinə təyin edir. Bu asılılıq Rəcəbin alnında əbədi olaraq bir ləkə kimi qalacaq və sonda bu asılılıq batağında boğularaq gedəcək.

Bu səfər də iradəsini ABŞ, Qərb və İsrailə təslim etmişdir. İp şeytanların əlindədir... Ancaq Allah Təala Qurani Kərimdə buyurur: “Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə kömək olunmaz!” (Hud-113)

Ardını gözləyin.


İSLAMTİMES - AHMET MUHTAR
Source : İslamtimes
Comment