0
Monday 3 December 2012 - 22:26

Ramiz Mehdiyev həmişəki kimi ehtiyatlı danışmadı

Story Code : 217659
Rami Mehdiyev həmişəki kimi ehtiyatlı danışmadı
Rami Mehdiyev həmişəki kimi ehtiyatlı danışmadı
Islam times.org/az/ - Dekabrın 3-də media gündəmini yeniləyən Ramiz Mehdiyevin "Azərbaycan 2020: gələcəyə baxış" mövzulu beynəlxalq konfransda çıxışından sonra verdiyi açıqlamalar oldu.

Mən yeni vəzifə təyinatları ilə bağlı Ramiz Mehdiyevin verdiyi açıqlamaları şərh etməyəcəyəm, çünki bu şərhi artıq bir neçə gün əvvəl elə portalımızda vermişəm. Ancaq Ramiz müəllimin açıqlamalarında başqa mövzular da yer aldı ki, bunlardan da biri milyarderlər ittifaqı ilə bağlıdır, digəri isə Ziyalılar forumu ilə bağlıdır.

RATİ ilə bağlı Ramiz Mehdiyevin dediyi “belə bir təşkilatın qurulmasına çox mənfi yanaşıram və bunu Rusiyadakı diasporun parçalanmasına cəhd kimi qiymətləndirirəm” fikir sıradan bir fikir deyil. Bilirsiniz niyə belə düşünürəm?

Ona görə ki, Ramiz Mehdiyevi tanıdığım zamandan ta bu günə qədər daima ehtiyatlı fikirlər səsləndirən şəxs olub, nə zamansa Ramiz müəllimin açıq şəkildə sərt fikir səsləndirməsini müşahidə etməmişəm.

Çox olub ki, Ramiz Mehdiyevi müxtəlif məsələlərdə ittiham ediblər, məsələn, vəkil Aslan İsmayılovun metal kambinatları ilə bağlı verdiyi açıqlamalarda Ramiz Mehdiyevə qarşı səsləndirdiyi ittihamlar və ya Elşad Abdullayevin yaydığı kasetlərdə Gülər xanımın səsləndirdiyi fikirlərdə Ramiz müəllimin adının necə bir ampulada çəkildiyinin şahidiyik.

Bu hadisələrin baş verdiyi tarix uzun olsa da hələ də istisi soyumayıb. Bu ittihamlar Ramiz müəllimin cavab verməmyi susmaq əlaməti deyil, mən bunu əminliklə deyiərm sadəcə olaraq kasetdə səsləndirilən və vəkilin ittihamlarına əhəmiyyət verməyən Ramiz müəllim hansı səbəbdən RATİ-yə qarşı belə bir sərt mövqe sərgiləyib?

Ramiz Mehdiyev Siyavuş Novruzun tayı deyil axı. Deməli hakimiyyətin RATİ-yə qarşı bir ön yarqı mövqeyinin olmasını dəqiqliklə demək olar. Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mənim üçün çətin deyil və bunu deyə bilərəm ki, RATİ ya fəaliyyətini dayandıracaq ya da hakimiyyət onun hər hansı bir mövcudluğu razılaşacaq ki, bu halda RATİ ilə hakimiyyət bir birinə düşmənçilik mövqeyində olmayacaq.

Ziyalılara münasibət məsələsində də Ramiz müəllim sərt mövqe sərgilədi, ancaq bunu hardasa anlamaq və gözləmək olardı, çünki Forumda yer alan ziyalılar arasında hər nəqədər tanınmış və nüfuzlu adamlar olsa da hər halda prezidentin qudası kimi və Telman İsmayılov kimi şəxslər yoxdur.


ISLAMTIMES - ELVIN CAVADOV
Source : İslamtimes
Related Stories
Comment