0
Thursday 24 January 2013 - 17:46

Rasim Musayev məğlub oldu

Story Code : 234270
Rasim Musayev məğlub oldu
Rasim Musayev məğlub oldu
Islam times.org/az/ - Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayevin tutduğu vəzifəsindən azad olunması haqda Daxili işlər naziri Ramil Usubov tərəfindən fərman verilmişdir.

Doğurdan da Azərbayacanda hər şey xalqın gözlədiyindən əks istiqamətə hərəkət edir. Cərəyan edən prosseslər göstərir ki, indiki zamanda əhali daha yüksək postların istefasının intizarında olduğu vaxtda əyalətlərdən istefa və ya xaric olunma xəbərləri eşidilir.

Əlbəttə ki, bütün bu kimi addımlar əhalinin diqqətini təmərküzləşdirmədən yayındırmaq, daha əks istiqamətə yönəltmək üçün xidmət edir.

Rasim Musayevin və ya hər hansı bir rayonun polis rəisinin xaric olunmasına qədər neçə nazirin istefası məsələsi gündəmdə olmalı idi. Lakin çox təəssüf olsun ki, daha yüksək postda oturanlar çoxsaylı cinayətlərinə baxmayaraq sanki kreasloda kök atmış kimidirlər.

Rasim Musayevin vəzifədən azad olunması məsələsi əslində çoxdan gündəmdə olmalı idi. Çünki ilk növbədə sabiq polis rəisinin Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevlə münasibətlərində soyuqluq müşahidə olunmuşdu. Gəncə mənbəmizdən əldə etdiyimiz məlumata görə İcra hakimi Elmar Vəliyevlə polis rəisi arasında qalmaqal məhz Gəncədə aparılan söküntü işlərindən dərhal sonra meydana gəlmişdir.

Elmar Vəliyev Rasim Musayevin himayə etdiyi bir neçə ticarət obyektinin də söküntüsünə əmr vermiş, polis rəisinin mütəmadi xahişlərinə məhəl qoymamışdır. Rasim Musayev və Elmar Vəliyev “müharibə” si də məhz bu zamandan başlamışdır. Elə bu soyuq müharibənin nəticəsində Elmar Vəliyev şəhər polis rəisinin vəzifəsindən kənarlaşdırılması zəmnində bir neçə ildir ki, güclü cəhdlər göstərirdi ki, nəticə artıq hamıya məlum oldu.

Qeyd etmək lazımdır ki, Elmar Vəliyevin fəaliyyət taktikası baxımından Rasim Musayevlə heç bir fərqi yoxdur. Elmar Vəliyevin ilk öncə Yevlax daha sonra isə Gəncə dindarlarına qarşı kobud rəftarı Rasim Musayevdən heç də fərqlənmirdi.

Sabiq rəisin bundan sonra hansı vəzifəyə təyin olunub olunmamamsı məsələsi isə məlum olmasa da lakin Ramil Usubovun öz kadrını vəzifəsiz qoymayacağı hiss edilir. Çünki, dəfələrlə Usubov sabiq polis rəisi üçün ölkə rəhbərliyi qarşısında xahiş üçün vasitəçi rolunu oynamışdır.

Rasim Musayevə gəlincə isə onun Azərbaycan ictimaiyyətinə, mətbuata bir çox iyrənclikləri məlumdur. Rasim Musayevin kobudluqları ilə qarşılaşmış şəxslər çoxdur. 2011-ci ildə Gəncədə həbs olunan dindarlarla bağlı onların müdafiəçilərini şəxsən kabinetində qəbul edərək əgər dindarları müdafiə etməyə davam edəcəkləri, onlar barədə mətbuata açıqlamalar verəcəkləri təqdirdə, onların çantalarına narkotik qoyacaqlar, qadınla şantaj edəcəklərini bildimişdir.

Bu şəxs Gəncədə dindarları həbs elətdirib, ağızlarına spirtli içkilər tökdürüb. Jurnalistlərlə çox əxlaqsız münasibət göstərib.

Yerli dindarların verdiyi məlumata görə Gəncə Şah Abbas məscidinə və bir çox digər məscid və ibadətgahlara nəzarəti xüsusi ilə Rasim Musayevin göstərişi əsasında həyata keçirilmişdir.
Source : İslamtimes
Comment