0
Thursday 10 March 2011 - 23:41

İslami dəyərlərə qayıdış

Story Code : 58783
İslami dəyərlərə qayıdış
İslami dəyərlərə qayıdış
"İslam" Şimali Afrika və Cənub-Qərbi Asiya ölkələri arasında ən mühüm müştərək nöqtə və bu ölkələrin mədəniyyətini nümayiş etdirən ən cəlbedici amildir. İslam elə ilk zamanlardan bu məntəqələrdə zühur edərək, əsrlər boyu davamlı olmuşdur.
Bu məntəqələr əsrlər boyu İslami bir sima ilə tanınaraq, eyni sima ilə düşmənlərin hərbi, siyasi, mədəni hücumlarını dəf ediblər.
Arxada qalmış 14 əsr ərzində İslam dünyası 2 dəfə sıx və planlaşdırılmış hücuma məruz qalıb. Bu iki hücumdan biri hicri-qəməri 618-ci ildə baş vermiş monqol hücumlarıdır. Bu hücumlar sonda olduqca böyük ziyanlarla nəticələndi. Monqolların İslam dünyası ilə vuruşu, xüsusi ilə İrana hücumları Qərbin h. q. 5-ci əsrdə müsəlmanlara qarşı xaç yürüşləri təşkil etməsi ilə eyni vaxta düşür. Bu hücumlar 180 il, yəni 2 əsrə yaxın davam etdi. Sonda Fələstin, Suriya, Livan və İordaniya, kimi İslamın mühüm məntəqləri onların əlinə düşdü.
Çətin bir şəraitdə monqol hücumları "son zərbə" kimi yad edilirdi. Tatarların hücumundan sonra isə İslamın tamamilə aradan getməsi qorxusu yaranmışdı. Lakin baxmayaraq ki, İslam dünyası 500 ilə yaxın bu çətin şəraitdə yaşadı, amma məhvə düçar olmadı. Bunu da qeyd edək ki, İslam dünyası bir çox fürsətləri də əldən verərək bəzən dağıdıcı məqamlarla da üzləşdi.

Davamı var...

Müəllif: Sədullah Zarei
"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment