0
Monday 15 January 2018 - 23:43

Tehran küçələrində sonuncu iğtişaşçı da çıxıb getdi, Hüseynbala Səlimov getmək bilmir

Story Code : 697331
Tehran küçələrində sonuncu iğtişaşçı da çıxıb getdi, Hüseynbala Səlimov getmək bilmir
İran iğtişaşları zamanı Hüseynbala Səlimov "Müsavat"da üç yazısını bu məsələyə həsr edib. Onu başa düşürəm, "Azadlıq radiosu"nda siyasi ekspert idi, Amerikanın çörəyini yemiş adamdır, onun İran əleyhdarı olması təbiidir. Son üç məqaləsinin başlıqları bundan ibarətdir: "2018-ci il "İran ssenarisi ili" olacaqmı?", ""Kənar əl" xofu və ya İranı kim çalxalayır?", "İran etirazları – itirilmiş fürsət" Demək istədiyim odur ki, üç məqalənin ikisinin başlığı sual cümləsidir. Düzdür, adam sual verir, amma məqalədə heç kimə cavab verməyə macal vermədən hər şeyi özü yazır. Ssenarini də yazır, İranı da "çalxalyır", fürsəti də fövtə vermir. Sonuncu yazısının başlığındakı "itirilən fürsət" cümləsi İrandakı etirazların dövləti devirmək fürsətinin əllərindən çıxmasına bir işarə olsa da əslində özü fürsəti itirməyən adamdır. Tez bir zamanda prezidentdən ev almaq fürsəti ələ düşdü, kişi kimi evin açarını göydə tutdu.
Ev demişkən yadıma bir hadisə düşdü. İranda Ali Dini Lider vətəndaşlardan birinin evinə qonaq olur. Ev sahibi evinin darlığından gileylənib Ali Məqamlı Rəhbərə deyir ki, bəs evimiz balaca, ailə üzvlərimiz çoxdur. Rəhbər isə cavabında deyir ki, əsas odur qəlbin geniş olsun. Bu xatirəni niyə paylaşdım? Hüseynbala Səlimovu tanıyanlar bilir ki, əvvəllər "Azadlıq Radiosu"nun qılıncının dalının da qabağının da kəsdiyi qəhrəmanlardan idi. Daha sonra Rauf Arifoğlu onun saqqızını, saqqızı ilə birlikdə siyasi əqidəsini də oğurlayıb onu "Müsavat"a apardı. Siyasi əqidəsini, ideallarını, mərdliyini bir evə satan bu insan, indi qalxıb o boyda Amerikaya "qələt edib başını daşa döyürsən" deyən İrana "kəllə atır". Əlbəttə İranda da təqsir var. Gərək vaxtında Hüseynbala Səlimova ev verərdilər, heç olmasa ev də olmasa köhnə peykandan-meykandan verərdilər. Əlbəttə Səlimov üçün nə fərqi vare, ha İrandan Peykan aldın, ha İlham Əliyevdən ev. Zarafat eləmirəma, ola bilər sizə onun İrandan Peykan almasına inanmağınız gəlməsin. Amma mən şəxsən inanıram. Çünki Səlimov "Azadlıq Radiosu"nda işləyərkən mən deyirdim bu adam xalqa elə sədaqətli insandır ki, İlham Əliyev ona prezidentlik postunu da versə öz əqidəsindən dönməz. Amma Peykanın palçıqlı "pakrışkası" kimi döndərərlər səni.
Normalda jurnalist qələminə, oxucusuna hörmət qoyar. Onun kimi bir neçə nəfər onun düşüncəsində olan adamlar da öz növbəsində İsrailin "xeyir-duası"ndan ötrü İrana sataşdı. Arif Hacılı, Xaliq Bahadır, Zamin Hacı, Qüdrət Həsənquliyev və başqaları "biz də varıq" dedilər. Amma Hüseynbala əl çəkmir ki, çəkmir. Tehran küçələrində sonuncu iğtişaşçı da artıq çıxıb gedib evinə, Səlimov isə son nöqtəni qoymaq istəmir. Sabah onu Tehranın mərkəzi meydanında çığır-bağır salan görsəniz, təəccüblənməyin. Artıq iğtişaşçılar özləri Səlimova yalvarıb deyirlər ki, ağaye Hüseynbala, bəradəre əziz, day biz getdik e, sən də çox yubanma, get, bizdən ötrü işindən-gücündən olma baba. Amma onlar cənab yazarı anlamırlar. Anlamırlar ki, bu adam köşə yazarıdır, "çörəyi daşdan çıxan" xalqın bir nümayəndəsi olsa da onun çörəyi qələmdən çıxır. Azərbaycanda da bir mövzu var – o da yerli hakimiyyətin kirli oyunları. Hüseynbalanın da kirli, zir-zibilli işlərlə işi olmadığı üçün güc verib anti-iran yazılara. Nəsə yazmalıdır ya yox. Ac qalmayacaq ki? Amma hərdən bir İranda aclığı bəhanə edən iğtişaşçılara aclığı aradan qaldırmanın, prezidentdən ev almanın sirləri barədə yazsa pis olmaz.
Source : Nur.az.com
Related Stories
Comment