1
Tuesday 17 July 2018 - 17:45

Fətullah Gülənin kitabına əsasən qız 14 yaşından sonra hicab geyinə bilər?

Story Code : 738473
Fətullah Gülənin kitabına əsasən qız 14 yaşından sonra hicab geyinə bilər?
Gülənin maşası olan deputat Fazil Qəzənfəroğlu "Media: dini radikalizmlə mübarizə" adlı konfransda çıxış edərkən deyib ki, 14 yaşından aşağı olan qız uşaqlarının hicab geyinməsinə icazə verilməməlidir. Bu insandan soruşmaq gərək ki, bu fətva Pensilvaniyada oturan hocan Gülənin fətvasıdır? Hansı dini kitabda yazılıb bu? Dini, milli qeyrətini itirmiş bu adam gedib bütün şiə-sünnü kitablarını ələk-vələk edib oxusun, görsün ki, qız uşaqları həddi-büluğa çatan kimi hicab bağlamalıdır. Orda ondan soruşan yoxdursa da biz soruşuruq ki, hansı kitabda, Quranda yazılıb ki, 14 yaşından aşağı hicab geyinilməlidir? Əgər özünü şeytan yox, Allah adamı sayırsansa gərək Allahın, din alimlərinin kitabına əsasən danışmalısan.

Fazilin bu addımı onun bir daha nurçu olduğunu orytaya qoyur. Məhz nurçular Fətullahın başçılığı ilə Türkiyədə camaatı ələ almaqdan ötrü küçə-bazarlarda dolaşan insanlardan sorğu keçirib onların rəyləri əsasında din yaradırdılar. Bu işi din pərdəsi altında ölkəmizdə Elşad Miri və Gəzənfəroğlu həyata keçirir. Bir vaxtlar Azərbaycanda olan Fətullah məktəbləri də qızların hicab taxmasını təbliğ etmirdi.

Ümumiyyətlə Fazil Gəzənfəroğlunun o cür dinlə bağlı olan tədbirlərə dəvət edilməsi yanlışdır. Çünki o və onun məsləkdaşı olan Elşad Miri ilahiyyatçı, din alimi deyillər. Adam gəlib bütün konfrans iştirakçılarının, bütöv bir xalqın dinini "ənənəvi din getməlidir" deməklə təhqir edir. O, "ənənəvi din" deyərkən Azərbaycandan uzaq keçmişə qayıdan şiəliyi nəzərdə tutur. İstəyir ölkədə Fətullahın "dini dövləti" qurulsun. Çünki əgər bir insan hicabın əleyhinədirsə açıqca deyir ki, mən dinin əleyhinəyəm. Amma heç kim durub "ənənəvi islam" sözünü ortaya atıb hicabın 14 yaşından sonra bağlanmasını dilə gətirmir.

Daha sonra yenə başından böyük qələt edərək deyir: "Dövlət ziyarət yerlərini niyə təmir etməlidir? Dövlət məktəb açmalı, təhsil verməlidir. Hansısa bir cəhalətə aparan yerləri təmir edirik və deyirik ki, gedin ora dindən kənar öz ayinlərinizi edin. Sonra da deyirik ki, cəhalət ölkəni bürüyüb. Cəhalət bütün bunlara görə olur. Biz cəmiyyətə doğru din anlayışını izah etməliyik."

Məgər dövlət məktəb açmayıbmı? Məgər Azərbaycanda məktəb yoxdur. Məktəbin sayı ziyarətgahın da, məscidin də sayından dəfələrlə çoxdur. Sadəcə adam ziyarətgah deyərkən bir daha şiə düşməni olduğunu ortaya qoyur. Halbuki ziyarətgah təkcə şiəyə aid deyil. Bir vaxtlar Azərbaycanda geniş yayılmış FETÖ kanallarındakı dini kinolara diqqət etdikdə orada ziyarətgahların da olduğu xeyli sayda fraqmentlərə rast gəlmək olar. Məgər Ramazanda özünün də dediyi kimi mülahizələrini aldığı Türkiyənin "Dəyanət" nazirliyi ziyarətgahların təmirini, məzarların ziyarət edilməsini qadağanmı edir? Əgər cəhalətdirsə onda Qəzənfəroğlu desin ki, Türkiyə də ənənəvi dinə meyl edib və cəhalət içindədir. Amma heç vaxt deməz, çünki Türkiyə əhalisinin böyük əksəriyyəti sünnü və ya nurçudur. Fazil də bu səbəbdən bu məsələni Azərbaycanda daha çox qabardır. Bəhanəsi də budur ki, güya Azərbaycan illərlə sovet - kommunist ölkəsi olub və burada cəhalət hökm sürür.

Daha sonra deyir: "Yerli din adamlarını efirə çıxarmaq lazımdır ki, onlar İslamı izah etsinlər. Xarici din adamlarından alınan mesajlar ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir." Fazil Mustafa kordur, bu qədər qoyundur. Məgər görmür ki, efirdə dini verilişlər yox həddindədir, olsa da o verilişlərə daha çox QMİ-nin din xadimləri çıxır? Məgər onlar İranın agentləridir? Bir də efiri daha çox zəbt edən Elşad Miridir ki, o da soxulmadığı kol qalmayıb. Masson olduğunu da deyir, Fətullahın da, Adnan Oktarın da ayağını öpən adamdır. Özü də elə əvvəllər Türkiyədən gəlmiş nurçu - FETÖçulardan dərs alıb. Niyə onun efirə çıxmasına bir dəfə etiraz etməyib?

Konfransda iştirak edənlərə səslənərək demək istəyirik ki, əgər ölkədə terrorun qabağını almaq istəyirlərsə birinci Fazildən başlasınlar. Çünki o din xadimi deyil, onun yeri dini konfranslar deyil, Ukrayna, Rusiyada olduğu kimi zibil qutularıdır.
Source : Nur-az.com
Tagged
gülən
Related Stories
Comment