0
Wednesday 29 June 2011 - 21:07

Qafqazın Qüdsü

Story Code : 81934
Qafqazın Qüdsü
Qafqazın Qüdsü
Islam times.org/az/ - ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 2007-ci ilin noyabrın 29-da Madriddə keçirilən iclası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

Minsk qrupunun həmsədrləri, Qarabağ konfliktinin qarşılıqlı güzəştlərə əsaslanan həllinin əsas prinsipləri əks olunmuş layihəni tərəflərə təqdim ediblər.

Elə o vaxtdan bəri həmin sənəd Madrid prinsipləri adlandırıldı. Bu sənəd həm Ermənistanda həm Azərbaycanda qızğın müzakirələrə, diskussiyalara yol açdı.

Maraqlısı budur ki, hər iki ölkənin müxalifəti öz hakimiyətlərini Madrid prinsipi əsasında nizamlanmaya razılıq verməkdə ittiham edirdilər ki, prinsiplər ölkə maraqlarına cavab vermir. Son illər münaqişənin həllində Minsk qrupu kölgədə qalmaqla estafeti Rusiyanın prezidentinə verib.

Rusiya prezidenti Medvedyev artıq bir neçə dəfə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üç tərəfli görüş keçirərək, münaqişənin Madrid prinsiplərinin maddələrini razılaşdırmasına nail olmağa çalışıb.

2011-ci ildə sonuncu belə görüş martın 5-də Soçidə baş tutub. Növbəti görüş isə iyunun 24-də Tatarstanın paytaxtı Kazan şəhərində baş tutacaq. Bilmirəm daha asan barışıq əldə etmək niyyəti ilə bağlıdır yoxsə nə ilə amma nədənsə Medvedyev görüş üçün bir qədər əyləncə səciyyəsi daşıyan fonları əsgiltmir.

Deyəsən bu da Azərbaycan prezidenti və əyləncə kralı İlham Əliyevin çox xoşuna gəlir. Ənənəvi olaraq Rusiya prezidentinin prizi uğrunda təşkil olunan at yarışması ölkənin hər il bir şəhəri
də keçirilir.

Növbəti cıdır yarışı da Kazan şəhərində təşkil olunacaq və yarışa qatılan jokeylərin məharətini izləyərək təmas qurmaq üçün Azərbaycan, Ermənisatn prezidentləri Medvedyevlə birlikdə ippodroma gələcəklər.

Görüşdə Qarabağ münaqişəsinin Madrid prinsiplərinin müddəalarının razılaşdırılmasına çalışılacaq. Kazan görüşünə qədər isə maraqlı bir hadisə baş verib.

Mayın 27-da Fransanın Dovil şəhərində keçirilən Böyük Səkkizlərin G 8 zirvə torlantısında iştirak edən ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri bir bəyanatla çıxış ediblər.

Bəyanatda status-kvonun uzun müddət saxlanmasının arzuolunmaz olduğu və münaqişə tərəflərinə hərbi əməliyyatlardan və müharibə ritorikasından əl çəkmələri ilə bağlı açıq aşkar təhdid xarakterli tövsiyyə ifadə olundu.

Bu bəyanatdan sonra Əliyev hakimiyyətinin rəsmiləri, bəyanatın bir hissəsini əldə bayraq tutaraq sevincək media qarşısına çıxdılar ki, bəs dünya bizim haqq səsimiizi eşitdi.

Prezident Administrasiytasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov mətbuata açıqlamasında bildirdi ki, status – kvonun dəyişıdirilməsi üçün DQ ətrafındakı rayonlar boşaldılmalıdır və Kazan görüşündə ciddi dəyişiliklər gözləyir.

Digər rəsmilər də eyni ovqatla mediada Kazandakı görüşün ciddi irəliləyişə gətirib çıxaracağını söylədilər. Amma hər kəs yaxşı bilir ki, Novruz Məmmədov Administrasiyada ona görə oturub vəzifə tutub ki, Qarabağ məsələsində nikbin fikirlər səsləndirsin və xalqın başının altına
astıqları cüt cüt qoysun.

Gözləntilərə gəlincə deməliyəm ki, Azərbaycanın həyatında fiziki və əməli pozitiv dəyişiklik olmadan, belə saysız hesabsız mötəbər görüşlər nəyi isə dəyişməyəcək.

Məsələn bu dəyişiliklər aşağıdakılar ola bilər :
- Azərbaycanın demokratik dövlət kimi imici yaranmalıdır,
- necə ki, azərbaycanlılar və başqaları insan hüquqlarının qorunmasına, firəvan və yüksək rifah səviyyəsinə görə Avropa ölkələrində yaşamaq istəyir, eləcə də ermənilər eyni səbəbdən Azərbaycanda yaşamaq istəməlidir,
- Azərbaycan ordusu birdən fövqəladə bir gücə malik olmalıdır,
- Azərbaycanın güclü hər hansı bir müttəfiqi meydana gəlməlidir,

- Ermənistan böyük bir fəlakətə düçar olmalıdır
Amma Azərbaycanda bu göstəricilər olmadan danışıqlar masasında münaqişənin müsbət həllini arzulamaq, Azərbaycan xalqının “Əliyev hakimiyyəti islahat aparcaq” arzusuna oxşayır.

Əlbəttə Kazan görüşündə də adəti üzrə prezidentlər quru bir bəyanat verəcəklər, amma koordinal nəsə gözləmək əbəsdir.

Reallıqda Azərbaycan ictimaiyyəti qarşısında təxminən 3 variant mövcuddur :

A) diplomatiyanın əhəmiyyətsizliyini qəbul edib, müharibəyə əl atmaq,

B) kapitulyasiyaya getmək,

C) sonsuzluğa qədər diplomatik danışıqlar apararaq Qarabağı münaqişəsini Qafqazın Qüdsünə çevirmək.

Hələlik Azərbaycan hakimiyyəti C variantı üzrə hərəkət edir. Bu elə status –kvo deməkdir ki, ABŞ, Rusiya və AB bu rejimdən razıdır. Belə olduğu halda Dovildə 3 prezidentin verdiyi bəyanatdakı status – kvo nə üçün arzuolunmazdır ? Ona görə ki, son zamanlar prezident Əliyev münaqişə ilə bağlı çıxışlarını müharibə ritorikası üzərində qurur. Amma hər kəs də bilir ki, İlham Əliyev bu şəraitdə müharibəyə getməyəcək. Niyə ? cavab sadədir.

Ona görə ki, müharibə aparan Azərbaycanda İlham Əliyev prezident kimi kürsüsünü bu qədər asanlıqla qoruya bilməyəcək əksinə böyük bir ehtimalla kürsünü itirəcək. Yaxşı bəs bu bəyanat və görüş nə üçündür ?
Sadə və məzlum xalqın başının altına yastıq qoymaq üçün.

Hər halda Kazandan qazanılan nə ola bilər ? sualı İyunun 24-də cavablanacaq.

Islam times - Julian Assange
wikileaks.az@mail.ru

Source : islamtimes
Comment