0
Wednesday 5 August 2009 - 12:45

MƏNƏVİYYAT DAĞARCIQLARI

Mətləb Həmzəli
Story Code : 9288
MƏNƏVİYYAT DAĞARCIQLARI
Bu ayda Allah öz rəhmətilə az əməlləri çoxa çevirərək bəndəsinə minnət qoyur. Bu ay əsl bəndəlik ayıdır. İlahi müstəvidə görülən hər bir əməl axirət azuqəsi olaraq əməl sahibi üçün toplanır.

Amma çox təəssüf ki, bu qazsız, işıqsız odlar yurdunun müsəlmanları bu ayda da bir sürprizin şahidi oldular. Bəli, həcc zəvvarlarının sayı bu il iki minədək azaldılacaq. Əldə olunan məlumatlara əsasən, hər ölkənin kvotası əhalisinin sayının 0,1 faizini təşkil edir. Sovet dönəmindəki məhrumiyyətlərin, boşluqların yerini doldurmaq üçün daha geniş və ucuz qiymətə təşkil etmək əvəzinə, yeni-yeni məhrumiyyətlər, qadağalar, maneələr düşünülür. Səbəb kimi göstərilən arqumentləri isə hansı dəliyə desən adamı hoydu-hoyduya götürər. Səbəbləri ayrı-ayrılıqda sadalayaq.

1. Donuz qiripi. Yəni, Məkkədə zəvvarların donuz qiripinə yoluxmaq təhlükəsi olduğundan say 2000-ə qədər azaldılıb. İlk öncə sual yaranır ki, bu təhlükə nə üçün başqa ölkələrin zəvvarlarının sayına təsir göstərmir? Yəqin ölkə səviyyəsində immunitet catışmamazlığı burada təsirsiz ötüşməyib. Çünki digər ölkələrdə nə fəsad, tör-töküntü əxlaq nümunələri varsa, heç bir maneə olmadan millətin ciyərlərinə cökən cameədə ciddi immunitet çatışmamazlığı nəzərə çarpır.

İkinci sual. Əgər doğrudan da bu təhlükə varsa, kim zəmanət verə bilər ki, bu iki min zəvvar o xəstəliyin daşıyıcısı olaraq qayıtmayacaq?

Sualları silsiləvi olaraq davam etdirmək olar, amma bir məsələ aydındır ki, gulünc səbəblərlə zəvvarların sayını iki minə endirənlər ən yaxşı halda bu suallara da öz səviyyəsində cavab verəcək.

2. Mənəvi hazırlıq. Guya gedənlərin bəziləri mənəvi cəhətdən hazılıqlı olmurlarmış. Bundan sonra bu işi də “nizama” salacaqlar. İlahi, mənəviyyatsız insanlardan sənə sığınıram. Məgər Allah bu işi kiminsə öhdəliyinə qoyub? Məgər həcc özü mənəviyyat mənbəyi deyilmi? Xəstəxanaya sağalıb getmirlər ki? Bu hissləri hansı cihazla, aparatla ölçəcəklər? Məgər Allah özü insanların bariz olmayan işlərini araşdırmağı nəhy etməyibmi?

Cəlaləddin Ruminin “Məsnəvi”sində məhşur bir ibarə var. İlahi məqam ünvanıyla “gəl, nə olursan ol, gəl”, - deyə buyurur. Biz özümüzlə ilahi ünvanı səhv salmışıq.

Həmd bizi hər halımızla qəbul edən Allaha məxsusdur.
Source : Dəyərlər AİN
Related Stories
Comment