0
Wednesday 14 March 2012 - 17:31

Obama İrana qarşı diplomatik yolu sonadək davam etdirməlidir

Story Code : 145627
Obama İrana qarşı diplomatik yolu sonadək davam etdirməlidir
Obama İrana qarşı diplomatik yolu sonadək davam etdirməlidir
Brukinqz İnstitutunun bir mütəxəssisi ABŞ dövlətinə tövsiyə edib ki, İranla diplomatik müzakirələr davam etdirilməlidir. “IslamTimes” xəbər verir ki, Vəli Nəsr “Blumberq”-də yazır: “Ötən həftə Barak Obama öz çıxışında İrana qarşı müharibə bəyanatlarını diplomatik müzakirələr müstəvisinə dəyişdi. O müharibəni axmaq fikir adlandırdı. Əgər deyilənlərə əməl olunsa Ağ Ev müttəfiqlərini razı salacaq layihə ilə çıxış etməlidir.”

Brukinqz İnstitutunun mütəxəssisi sözünə belə davam edir: “Noyabr
ayından başlamış təzyiq siyasəti müharibə hədələrinin yerini tutmaqdadır. MAQATE-nin yeni məruzəsi səbəb oldu ki, İran neft sənayesi və bank sisteminə qarşı sanksiyalar tətbiq olunsun. İran buna reaksiya verdi və Hörmüz boğazını bağlamaqla hədələdi. Eyni zamanda bir neçə Avropa ölkəsinə neft ixracı dayandırıldı. Obama İrana qarşı təzyiq mexanizmini müzakirələr müstəvisinə keçirdi. Ümid var ki, o düzgün addım atıb. Obamanın müzakirələr yolunun açıq olduğunu qeyd etməsi müsbət dəyərləndirilə bilər. İran tərəfi dəfələrlə
atom silahını kütləvi qırğın silahı olaraq pisləyib və İslam baxımından icazə verilməyən bir silah adlandırıb.”

Tafts Universitetinin professoru yazır: “İran rəhbərliyinin nüvə silahını pisləməsi bir daha təsdiqləyir ki, bu sahədə nigarançılıqlara yer yoxdur.”

Ötən ilədək Obamanın İran üzrə müşaviri Denis Ras olub. O etiraf edib ki, İranın uranı zənginləşdirmək hüququ tanınanadək Tehranla münasibətlər qaydaya düşməyəcək. Əgər İranın dini lideri nüvə silahını kütləvi qırğın silahı olaraq böyük günah adlandırırsa,
İran ittiham oluna bilməz. Amma ABŞ və müttəfiqləri İranın nüvə enerjisindən istifadə haqqını tanımalıdır. Blumberq yazır ki, Tehran Rusiyanın gərginliyi tədricən azaltmaq təklifini qəbul edib. Amma Tehran bununla yanaşı sanksiyaların ləğvini gözləyir.

Müəllif yazının sonunda Ağ Evin Rusiyanın təklifinə qarşı çıxmasını sanksiyaların ləğvinə maneə sayır. İranın uranın zənginləşdirilməsini 3%-dən 20%-ə qaldırması ABŞ və müttəfiqlərini razı salmır və bir bəhanə olaraq sanksiyaların tətbiqi üçün sui-istifadə edilir.
Related Stories
Comment