0
Wednesday 13 June 2012 - 11:31

Cənubi qafqaz turnesi

Story Code : 170874
Cənubi qafqaz turnesi
Cənubi qafqaz turnesi
Islam times.org/az/ - Ötən həftənin əsas mövzusu ABŞ dövlət katibi Hillary Clinton`un regiona səfəri oldu. Turnesini iyunun 4-də Ermənistana səfəri ilə başlayan xanım Klinton xarici işlər naziri Nalbəndiyan və prezident Sərkisyanla görüşü zamanı əsasən priortet sayılan 4 məsələnin müzakirəsini aparıb.

Ermənistan ABŞ münasibətləri, parlament sonrası ölkədaxili vəziyyət, Ermənistan – Türkiyə münasibətləri və heç sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda çıxış edən xanım Klinton bilidrib ki, bu münaqişə erməni türk protokolunun ratifikasiyasi ilə əlaqələndirilməmlidir, öz növbəsində isə münaqişəinin sülh yolu ilə həlli üçün tərəflər səylərini artırmalıdır.

Türkiyə və Ermənistan münasibətlərinin qurulması ABŞ üçün regionda həll etmək istədiyi məsələdir. Ermənistan artıq bəyan edib ki, Türkiyə tərəfi sərhədləri açdığı halda Qars –Gümri yolunu qısa müddətə bərpa etməyə və dəmiryolu nəqliyyatını işə salmağa hazırdır.

Qatarların hərəkəti üçün bütün infrastruktur hazırdır. Ancaq necə deyərlər, “eşit inanma”, bu infrasturkturu və dəmiryolunun bərpası üçün tələb olunan 480 milyon dollar Ermə
istanın gücündə deyil, bunun üçün onlar ABŞ-dan dilənmək məcburiyyətindədirlər.

Nə qədər yadımdan çıxmayıb onu da qeyd edim ki, Klintonun səfərindən əvvəl azərbaycanlı ekspertlərin verdiyi proqnozlardan biri də bu idi ki, dövlət katibi Ermənistandan İranla isti münasibətlərinə son qoymağı tələb edəcək ancaq Hilari bunu etmədi.

Gürcüstana səfəri zamanı, elə əvvəlcədən də gözlənildiyi kimi dövlət katibi Gürcüstana dəstək mesajını verərək Rusiyanı Abxaziya və cənubi Osetiyadan qoşunlarını çıxarması haqqında çağrış etdi. Batumidə keçirilən ABŞ və Gürcüstsan strateji əməkdaşlıq komissiyasının iclasında iştirak edən Klinton bəyan edib ki, rəsmi Vaşinqton, Abxaziya və cənubi Osetiya əhalisinin ABŞ-a səfərini sadələşdirəcək qərarla qəbul etməyə hazırdır.

Bundan başqa ABŞ Gürcüstanın müdafiə sahəsinin modernləşdirilməsində və Ölkənin NATO-ya qoşulması cəhdlərinə dəstəyini davam etdirəcək. Gürcüstanın NATO çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakını səsləndirməklə dünya təhlükəsizliyinin təminatına verdiyi töhfəni xatırladan Klinton bildirib ki, ABŞ və Gürcüstan prezidentləri arasında əldə olunan razılığa gör
Gürcüstanın müdafiə qabiliyyətinin artırılması və NATO standartlarına uyğunlaşdırılması işləri daha da irəliləyəcək.

Bununla yanaşı Gürcüstanın Avro Atlantik məkana inteqrasiyasını doğru seçim adlandlıran xanım Klinton qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinin rəqabət və demokratik mühitdə keçirilməsi üçün ölkə rəhbərliyini diqqəti artırmağı tövsiyyə edib.

Klinton Gürcüstanda müstəqil məhkəmə və azad mətbuatın mövcudluğu üçün hakimiyyətin diqqət yetirməsini məsləhət görərək bildirdi ki, demokratik təsisatların mövcudluğu iqtisadi inkişaf üçün təməl ola bilər. Klinton müxalifətçi “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili ilə görüşdən imtina etməklə, Gürcüstan cəmiyyətində dolaşan “Saakaşvili qərbdən aldığı dəstəyi itirib” şayiəsini alt üst etdi.

Oxucularımız üçün xatırladım ki, İvanişvili gürcü əsilli rusiyalı biznesmendir. Rusiyadan Gürcüstana gəlib siyasətlə məşğul olur və Saakaşviliyə qarşı sərt siyasi müxalifətdədir. Gürcü vətəndaşlığından məhrum olduğu səbəbdən, yaratdığı “Gürcü arzusu” partiyasına arvadı Yekaterina Xvedelidze sədrlik edir.
/>
Deyilənə görə Saakaşvili ilə Klinton İran mövzusu ətrafında da fikir ciddi mübadiləsi aparıblar, baxmayaraq ki, Gürcüstan prezidenti ABŞ-la bu məsələni müzakirə etmədiyini daima deyir. Bu mövzu barədə mətbuatın məlumatı kəsad olsa da nələrin söhbət predmeti olduğunu təxmin etmək çətin deyil.

Məlumdur ki, Gürcüstanın NATO standartlarına uyğunlaşması üçün ABŞ külli miqdarda vəsait xərcləməkdən çəkinmir, həm amerikalı həm də gürcü ekspertləri bu tərəfdaşlıqda vurğunu daha çox ona yönəldirlər ki, ABŞ Gürcüstanı Atlantik Alyansa cəlb etmək və bu planda dəstək verməklə əslində birinci növbədə Rusiyanı keçmiş ittifaq respublikalarının təsəvvüründə hegemonluğunu sıfıra endirib, regionda Rusiyanı eşitməmək ənənəsinin başlanğıcını qoyur.

Əslinə qalsa Gürcüstanın NATO ilə sıx münasibətləri və Atlantik bloka inteqrasiyası Rusiya üçün ciddi problemdir. Məsələ təkcə onda deyil ki, Gürcüstan NATO-ya daxil olmaqla digər respublikalar üçün president ola bilər, burda söhbət həm də ondan gedir ki, bununla Rusiya cənubi qafqazda olan rıçaqlarını cox ciddi bir şəkildə zədələmiş olar.

Üstəlik Ermənistanın Rusiyadan qopması məsələsi asanlaşar. İndi Gürcüstanın hələlik NATO-ya qəbul real görünməsə də gedən proseslər Rusiyanın narahatlığı üçün böyük əsaslar yaradır.

ABŞ Gürcüstanda hərbi bazalarını yaratmaqla həm Türkiyəyə “sən yeganə deyilsən” mesajını vermiş olur həm də İrana qarşı real hərbi təhlükəsini ortaya qoyur. Axı ABŞ Gürcüstanı nahaq yerə yedirdib saxlamır ki. Əlbəttə Gürcüstan İranla məsələnin diplomatik həllinin tərəfdarıdır və bunu bəyan edərkən səmimidir ancaq hərbi əməliyyatlarda Gürcüstanın strateji tərəfdaşlıq nümayiş etdirəcəyinə şübhə edən yoxdur.
Ardı var

Islam times - Julian Assange
wikileaks.az@mail.ru
Source : Islamtimes
Related Stories
Comment