0
Sunday 10 March 2013 - 08:11

Sionistlərin İran və Azərbaycan oyunu

Story Code : 245631
Sionistlərin İran və Azərbaycan oyunu
Sionistlərin İran və Azərbaycan oyunu
Yəqin ki, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornellin Azərbaycan, İsrail və İran üçbucağı mövzusunda verdiyi açıqlama barədə məlumatlısınız.

Ekpsertin verdiyi bu açıqlama, əslində indiyə qədər formalaşan fikirləri alt üst edib. Kornell hesab edir ki, İsrail və ya ABŞ İrana qarşı hücum edən zaman ön cəbhədə olan Azərbaycanın imkanlarından yararlansa da, İranın cavab həmlələrindən Azərbaycanı müdafiəsinə və təhlükəsizliyinə zəmanət verimir.

Bu illər ərzində mövzu ilə bağlı formalaşan rəylər isə belə deyildi, əksinə deyilirdi ki, ABŞ və İsrail İran mövzusunda Azərbaycanı təhlükəsizlik qanadları altına alıb, bunun üçün müvafiq tədbirləri də görəcək. Düzdür eyni zamanda amerikalı ekspert onu da bildirir ki, ABŞ müəyyən tədbirlər görməklə belə bir zəmanəti verə də bilər.

Bunlardan biri Xəzər dənizində müdafiə və hücum əməliyyatlarını həyata keçirən hərbi qüvvələri formalaşdırmaqla. Hazırda Xəzərdə mobil hərbi baza mövcuddur ancaq Kornellin fikrincə bu kifayət etmir. Amerikalı ekspert ilin günü bu vaxtında belə bir bəyanatla hansı səbəbdən çıxış edir və nə üçün məhz zəmanətin olmamasını bildirir?

Burda bir neçə səbəb ola bilər. Birinci səbəbə görə ekspert İranın başının altına yastıq verir ki, səninlə heç bir işimiz yoxdur, sakit ol, rahat ol, bizim sənə qarşı hərbi əməliyyat aparmaq kimi bir məqsədimiz yoxdur və elə ki, İslam Respublikasının arxayınlığını gördü o zaman ciddi cəhdlə hərəkətə keçəcək, bəhanə tapmaq isə bir satın işidir.

İkincisi isə ekspert həm öz hökumətinə həm də regiona o mesajı verir ki, ABŞ bu qədər cəhdlərlə hələ də Azərbaycnada az iş görüb, bunu artırmaq lazımdır. Elə çıxışının davamında da Kornell vurğulayır ki, istər İran mövzusunda AB, istər Azərbaycanda istərsə də orta asiya ölkələrində mövqelərini gücləndirməli və bu ölkələrin təhlükəsizliyini təmin edə biləcək tədbirlər görməlidir.

Məncə, bu il Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra İsrail və ABŞ-ın İran mövzusunda Azərbaycanla bağlı iştirak payında bir çox məqamlara aydınlıq gətiriləcək.
Source : Islamtimes
Related Stories
Comment