0
Monday 2 December 2013 - 12:37

“Azadlıq” hələ də çətin vəziyyətdədir

Story Code : 326595
“Azadlıq” hələ də çətin vəziyyətdədir
“Azadlıq” hələ də çətin vəziyyətdədir
Ötən həftələrdə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı hakimiyyətin hücumlarından, müxtəlif yollarla bu qəzetlərin bağlanması üçün görülən tədbirlərdən geniş bəhs etmişdik, ancaq qəzet redaktorları yenə də gileylidirlər və onların üzərində olan basqının səngimədiyini iddia edirlər.

Düzdür, “Yeni Müsavat” qəzeti etiraf edir ki, vəziyyətləri bir qədər düzəlib, “Azadlıq” qəzetinin redaktorları isə durumun ağır olaraq qalmasından şikayətlidirlər. Bu arada RUH jurnalistlərin müdafiə komitəsinin ikinci dəfə İlham Əliyevin jurnalistlərin dostu seçilməsi münasibəti ilə İlham Əliyevin mükafatlandırma mərasimində iştirak etdiyi üçün “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu hələ də müstəqil, hakimiyyətin açıq tənqid edən jurnalistlərin, xüsusilə də Xədicə İsmayılovanın tənqid hədəfindədir. Ancaq Xədicə xanım verdiyi açıqlamada bəyan edib ki, artıq Arifoğlu ilə bağlı heç bir intizarı yoxdur və sətraltı onun hakimiyyətə xidmət etməsini də vurğulayıb.
Source : Islamtimes
Related Stories
Comment