0
Sunday 16 March 2014 - 14:21

Ukrayna böhranı və Azərbaycan

Story Code : 363316
Ukrayna böhranı və Azərbaycan
Ukrayna böhranı və Azərbaycan
Martın 16-da dünya ictimaiyyətinin diqqəti Krımda keçirilən referenduma yönəlib, KİV-də əsasən ordan gələn xəbərlər gündəmi zəbt edib.

Bu Krım referendumu və ümumiyyətlə Ukrayna böhranını Azərbaycan ictimaiyyəti də diqqətlə izləyir. Milli Mətbuatın ən çox verdiyi suallardan biri budur ki, nə üçün İlham Əliyev hakimiyyəti Ukrayna böhranı ilə bağlı mövqe bildirmir, fikir səsləndirmir?

Əliyev rejimi isə bütün dünyanın bu məsələdə mövqe sərgilədiyi bir halda İlham Əliyevin susqun qalmasının bir neçə səbəbi var. Birincisi, Ukrayna böhranı Rusiya üçün həssas məsələdir, kiçik bir səhv rəsmi Moskvanın kəskin qəzəbinə səbəb ola bilər, qəzəbə tuş gəlməmək üçün də gərək birmənalı Rusiya siyasətini dəstəkləyəsən, bu halda da qərblə tərs düşürsən. Bəlkə, İlham Əliyev üçün susmaq daha yaxşı olardı?

İkincisi, 20 ildən çoxdur ki, Azərbaycanın da ərazi bütövlüyü problemi var, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyanın demək olar ki, bütün mötəbər instansiyalarında müzakirə olunub, Minsk qrupunun üzvlərindən biri Rusiyadır, lakin Rusiya təkcə Minsk qrupunun üzvü deyil, həm də Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı və nəzarətində saxlayan ölkədir. Bu da o deməkdir ki, İlham Əliyevin bəyanatı rəsmi Moskvanın xoşuna gəlməsə kim bilir Qarabağda nələr baş verə bilər.

Üçüncüsü, balanslaşdırılmış xarici siyasi kurs İlham Əliyevə imkan verir ki, Ukrayna böhranında susqun qalsın. Lakin deyəsən vəziyyət heç də İlham Əliyevin istədiyi kimi qala bilmir və bir birinin ardınca Azərbaycanın rəsmi şəxsləri, deputatları Ukrayna böhranı ilə əlaqədar reaksiya verməkdədir.

Susqunluğun aradan qaldırılmasına start verən Milli Məclisin nurçu deputatları oldu və sözsüz ki, onlar Putin hakimiyyətini qınadı, tənqid etdi, Krımdakı referendumu Ukraynanın ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirdi. Digər deputatlar və rəsmi şəxslər isə nurçulara cavab vermək məcburiyyətində qalıb, bu mövzuya toxunmamağı onlar tövsiyyə etdilər, gözləməyin daha doğru olduğunu dedilər.

Əliyev rejiminin elə bir nümayəndəsi olmadı ki, Rusiyaya haqq qazandırsın, ən yaxşı halda sadəcə olaraq susmağı və gözləməyi məqsədəuyğun bilirlər.

Krım referendumundan sonra Rusiyaya qarşı sanksiyaların olacağı şübhəsizdir, lakin çətin ki, bu saksiyalara bütün Avropa ölkələri qoşulsun, MDB məkanından isə heç bir dövlətin qoşulmayacağını əminliklə demək olar. Hər halda hadisələrin inkişafına şahidlik etmək üçün mütləq gözləməliyik.
Source : Islamtimes
Comment