0
Tuesday 18 January 2011 - 00:25

Azərbaycanda İslam təşkilatları və sionistlər arasında hicab münaqişəsi

Story Code : 50906
Azərbaycan hicab problemi
Azərbaycan hicab problemi
Bu göstərişdən sonra bir çox məktəb direktorları hicablı şagirdlərin və müəllimlərin məktəbə hicabla daxil olmasını əngəllədilər. Elə bu hadisədən sonra Azərbaycanın Bakı, Gəncə, Cəlilabad, Masallı və Naradaran kimi mühüm məntəqələrində etiraz dalğaları baş qaldırdı. Azərbaycan xalqı bu etirazlarda hicab qadağasının aradan qaldırılmasını tələb etdi. Məhərrəm ayının daxil olması ilə etirazlar daha da genişləndi. Belə ki, məhərrəm ayının 4-cü günündə Azərbaycanın paytaxtında Təhsil Naziriliyi qarşısında əzəmətli bir etiraz aksiyası keçirildi. Polis əməkdaşları və təhlükəsizlik orqanları etirazçıları amansızlıqla susdurmağa səy göstərdilər və 35 nəfər həbs edildi. Bundan əlavə Aşura günü 30 min nəfər Nardaranda (Bakı) İmam Rzanın (ə) bacısının ziyarətgahında etiraz aksiyası keçirərək, hicab qadağasının ləğv olunmasını tələb etdilər.
Hazırda bu mövzu dini qurumların, xüsusilə İslam Partiyasının ciddi müqavimətləri nəticəsində Bakı dövləti üçün əsil problemə çevrilmişdir. Azərbaycan Respublikasının prezidenti daxildə və məntəqədə qeyri-münasib şəraiti müşahidə edərək hicaba qadağa siyasəti yürütmüş, gündəmə aidiyyatı olmayan gülünc mövzuları, o cümlədən Dünya Azərbaycanlılarına rəhbərlik məsələsini gündəmə gətirmişdir. Əlbəttə ki, bu qurğu “FaktXeber” kimi Azərbaycan saytlarının cümə axşamı günü (16 dey) verdiyi məlumata əsasən, nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının prezidenti Milli Məclisə hicab mövzusunun müsbət həlli ilə bağlı göstəriş vermişdir. Bu addımı dövlətin dinə qarşı siyasətində geriyə addım kimi dəyərləndirmək olardı. (Bu xəbərlər sonradan təsdiqlənmədi) 17 deydə Azərbaycan İslam Partiyasının rəhbəri doktor Mövsüm Səmədov müavinləri və partiyanın bir sıra fəalları ilə birlikdə həbsə alınıb zindana salındı. Bu hadisələr Azərbaycan dövlət rəsmilərinin problemlərin həllinə münasibətdə qeyri-müəyyən vəziyyətdə qaldığını göstərir.
Mövzunun əhəmiyyətini nəzərə alaraq bu yazıda xülasə şəkildə bəzi nöqtələr nəzərə çatdırılır:

1. İslamda hicabın əhəmiyyət və fəlsəfəsi, bunun qarşısında İslam düşmənlərinin siyasəti
Qurani-məciddə ondan artıq ayədə hicabdan danışılır və naməhrəmə baxmağın haramlığı vurğulanır. Bu ayələrdən biri “Əhzab” surəsinin 59-cu ayəsidir: “Ey Peyğəmbər, qadınlarına və qızlarına eləcə də, möminlərin qadınlarına de ki, özlərini örtüb tanınmasınlar. Belə ki, əziyyətə düşməsinlər. Allah bağışlayan və mehribandır.”
Allah iffət və həyanı qadın üçün bir mövcudluq xüsusiyyəti qərar vermişdir. Bu səbəbdən də pak fitərə malik bütün müsəlman qadınlar həmin xüsusiyyətə malikdirlər. İffət geyimin ruhudur, örtük onun üçün bir qabdır. İffət hicabın fəlsəfəsidir. Hicab iffət və həyaya təzminat verir. İslamın qadınlar üçün hicab təyin etməsi o demək deyil ki, onlar evdə qalmalı və ictimai fəaliyyətlərlə məşğul olmamalıdırlar. Əslində qadınlar kamil hicaba riayət etməklə cəmiyyətdə və bütün zəruri yerlərdə iştirak edə bilərlər. İkinci xəlifə məsciddə Fədək mövzusunda camaatla söhbət etdiyi vaxt xanım Fatimə (ə) bir qrup hicablı xanımla özünü müdafiə üçün məscidə yaxınlaşdı. Onların hətta ayaqqabıları görünmürdü. Xanım Zeynəb (ə) imam Hüseynin (ə) şəhadətindən sonra Kufə və Şam arasında yolda, eləcə də, Yezidin məclisində çıxış etdi. Bu iki nümunədən aydın olur ki, İslam cəmiyyətdə qadının görünməsinə müxalif deyil. Amma bunun şərti İslam qaydasında hicaba kamil riayət edilməsidir.
Təəssüflər olsun ki, tarixboyu hicab İslam düşmənlərinin hədəfində olmuşdur. Digər tövhid dinləri də bu dəyərlə mübarizə aparmışlar. Qeyri-ilahi məktəblərin ilkin və əsas mübarizə istiqamətlərindən biri hicab mövzusudur. İslam ölkələrində Britaniya kəşfiyyatçısı Hemfer yazır: “Qadınların hicabı atması mövzusunda fövqəladə həddə təlaş göstərməliyik. Belə ki, müsəlman qadınlar hicabsızlığı və örtüyü atmağa meyl göstərsinlər. Təbliğat və təlaşla qadınlar hicabı atdıqdan sonra məmurlarımızın vəzifəsi budur ki, bunun yerini eşqbazlıq və qeyri-qanuni rabitələrlə doldursunlar. Bu yolla İslam cəmiyyətlərində fəsad, əxlaqsızlıq genişləndirilməlidir. Bu yolda qeyri-müsəlman qadınlardan istifadə olunmalıdır. Onların hicabsızlığı müsəlman qadınların onlara təqlidinə səbəb olacaq.”
Atatürkün dövründə Türkiyədə hicabın atılması hadisəsi, Rzaşahın dövründə İranda hicab qadağası Qərbin İslam ölkələrində həyata keçirdiyi anti-hivab layihələrindəndir. Həmin hadisələrdən on illər keçməsinə baxmayaraq Türkiyə müsəlmanları hələ də kamil şəkildə azad ola bilməmişlər.
Təəssüflər olsun ki, bu gün hicabla düşmənçilik yeni üsullarla aparılır. Məsələn, məktəbli formasındad istifadə hicab dəyərini səhnədən çıxarmaq üçün atılan addımlardandır. Bütün bunlar çılpaqlıq mədəniyyətini daha da yaymaq, qadınların heysiyyətini ayaq altına almaq məqsədi daşıyır.

2. Azərbaycan Respublikasında hicab qadağasının tarixi
Azərbaycan Respublikasında hicaba qarşı yönəlmiş siyasətlərin tarixi keçmişi var. Hələ Gülüstan və Türkmənçay müqavilələri bağlanmamış çarlar və kommunistlər bu istiqamətdə addımlar atmışlar. Amma biz İslam düşmənçilik siyasətinin Azərbaycan Respubublikası dövləti dövründəki son tarixini araşdırırıq. Şübhəsiz, təhsil nazirinin son bəyanatı anti-İslam qərarlar içərisində nə birincisidir, nə də sonuncusu. Hicaba qarşı addımlar keçmişdə məscidlərin dağıdılması və bağlanması, azana qadağa qoyulması kimi fəaliyyətlərin davamıdır. Əvvəllər minarələrdən azan verilməsi yasaqlanmış, din xadimlərinin seçkilərə qatılmasına qadağa qoyulmuş, xanımların şəxsiyyət vəsiqələrinə örtüklü şəkillərin vurulmasına icazə verilməmişdir. Dini informasiya vasitələrinə maddi köməklərə qadağa da bu qismdəndir. Eyni zamanda televiziyada dini verilişlər yasaqlanmış, hərbi hissələrdə ibadətə qadağa qoyulmuş, dövlət müəssisələrində dini atributlara yer verilməmişdir. Məhərrəm əyyamında küçələrdə əzadarlığa qadağa, təqlid mərcə alimlərinin nümayəndəliyinin açılmasına icazə verilməməsi mədrəsələrin qapadılması bu qəbildən olan mövzulardır.
2007-ci ilin son günlərində təhsil sistemində 11-ci maddəyə əsasən, təhsil ocaqlarında ibtidaidən aliyədək hicab qadağası gündəmə gəldi. Amma bu layihə olaraq qaldı və Azərbaycan parlamentində təsdiqlənmədi. Həmin layihə xalqın, dini şəxsiyyətlərin, siyasətçilər və incəsənət adamlarının, xüsusi ilə hicablı xanımların ciddi etirazı ilə müşahidə olundu. Həmin vaxt paytaxtda xanımlar Bakı beynəlxalq mətbuat mərkəzində toplantı keçirdilər və adı çəkilən layihəyə etiraz bildirdilər. Beləcə, 11-ci maddə əsasında layihə reallaşmadı. Təhsil sistemində səlahiyyətli şəxslər həmin layihənin qeyri-rəsmi icrası ilə bağlı məktəb direktorlarına göstəriş verdilər. Həmin göstəriş ardıcıl da olmasa dövrü şəkildə icra edilir və bəzi məktəblərdə hicablı şagirdlər dərsə buraxılmır. Adətən bu qeyri-rəsmi addımlar dini təşkilatların etirazı ilə yoluna qoyulurdu.
2009-cu ilin əvvəllərində təhsil qanununda islahatlar adı altında parlament məktəbli forması ilə bağlı layihəni müzakirəyə çıxardı. Bu layihə də xalqın geniş etirazı ilə qarşılandı. Amma hakim partiyanın son parlament seçkilərində qələbəsindən sonra mövzu yenidən gündəmə gətirildi. Həmişə dindarların müqaviməti ilə qarşısı alınan anti-İslam tədbirinin bu dəfə də uğursuzluğa düçar olacağına ümid var. 



- Ölkənin Siyasi fəalların və mədniyyət işçilərinin iştiraklı ilə nümayişlərin keçirilməsi və hicaba qoyulmuş qadağanın aradan qaldırılmasının tələbi; Bundan əlavə ilk dəfə Azərbaycanda Ruhanilər şurası 40 nəfər nümayəndə ilə toplantı keçirdi. Təzə Pir məscidi qarşısına toplaşmış minlərlə hicablı xanım da hicab problemi ilə bağlı öz etirazlarını bildirdilər. Onlar Allah Şükür Paşazadədən məsələnin həll edilməsi tələb etdilər.
- 2 mindən çox cəlilabadlı 6 dekabr 2010-cu il tarixində imza toplayaraq İlham Əliyevdən hicaba qoyulmuş qadağanı aradan qaldırmağı istədilər.
-Azərbaycanda dini saytlar hicab mövzusunu işıqlandırmaqda böyük zəhmətlər çəkmişlər. Ölkədəki xəbər agentlikləri hicabla bağlı etiraz aksiyalarını, ölkənin müxtəlif şəhərlərindəki nümayişlərə işıqlandırmağa meyl göstərməsə də bunun tam əksinə olaraq İslami xətt izləyən saylar bu məsələləri tam dolğun şəkildə işıqlandırmışlar. Belə ki, bu saytlar müxtəlif məqalələr, müsahibələr, sorğular, araşdırmalarla hicaba qoyulmuş qadağanın digər ölkələrdə də müzakirə olunmasına zəminə yaratmışlar.
FaktXeber saytının sonuncu sorğusunda iştirak etmiş 775 nəfərdən 39-u hicaba qoyulmuş qadağaya görə təhsildən imtina edəcəklərini, 59 nəfər hicabsız təhsili seçəcəklərini, 481 nəfər məsələnin haqqlarının beynəlxalq müstəvidə müzakirə çıxarılmasını və 196 nəfər dövlət əleyhinə üsyan yolunu seçəcəklərini bildirmişdilər.
- Azərbaycanda müxtəlif təşkilatlar hicab problemi ilə bəyanat da verdilər;
- Azərbaycanda bir sıra qərbmeyilli təşkilatlar da hicab qadağasına qarşı çıxdılar. Əli Kərimli "Səhər" kanalının "Kompas" verlişi ilə telefon bağlantyısı yaradaraq dövlətin hicab qadağasını bəşər haqqlarının tapdanması hesab etdi. Əlavə olaraq Musavat qəzetinin xanım işçiləri hicab qadağasına qarşı çıxaraq bir gün işə hicabla gəldilər.
- Bakının Sabunçu məntəqəsi də daxil olmaq la bir sıra şəhərlərdə məktəb direktorları hicab qadağasına etiraz əlaməti olaraq vəzifələrindən istefa verdilər. 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ixtilaflar yaranması; Bu bir halda baş verdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi olan Nahid Məmmədov hicabın insanların fərqi hüququ olduğunu və hicaba qarşı qanun qəbul edilməsinin yanlışlığını vurğuladığı halda, komitə sədri Hidayət Orucov dövlətin qəbul etdiyi qanunu dəstəkləyərək hicabın məktəblərdə lazımsız olduğunu söylədi.

Azərbaycandan xaricdən hicab qadağasına reaksiya
Ölkədən kənarda da hicab qadağasına etiraz eşidilirdi. Belə ki, bir çox müctehidlər hicab qadağasına qarşı çıxaraq qadınları hicablarını qorumağa çağırdılar.



"IslamTimes" - Tərcümə şöbəsi 
Müəllif: Cənab Həsənqoli

Related Stories
Comment