0
Friday 23 November 2012 - 18:35

Hüseynçilər şəhid oldular (Ravalpindi)

Story Code : 214634
Faciə nəticəsində arasında uşaqlar da olmaqla azı 25 nəfər şəhid olub, 46 nəfər isə yaralınb

Pakistanın Ravalpindi şəhərində Məhərrəm ayının gəlişi ilə əlaqədar keçirilən əzadarlıq mərasimində terror aktı həyata keçirilib. Faciə nəticəsində arasında uşaqlar da olmaqla azı 25 nəfər şəhid olub, 46 nəfər isə yaralınb.


İntiharçı –terrorist yerli şiə məscidinə yollanan əzadarların arasında partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində iri dəlik əmələ gəlib.

Qeyd edək ki, dünən də Pakistanın Karaçi şəhərində iki intiharçı məscidə hücum çəkmişdi. Burada partlayış nəticəsində 2 nəfər həyatını itirmişdi.

Hökumət Aşura günü yeni hücumlar olacatğından narahatdır.

Ravalpindi və Karaçidə olan terror aktlarında məsuliyyəti Talibanın Pakistandakı qolu öz üzərinə götürüb.
Source : İslamtimes,Xəbərnamə
Comment