0
Friday 30 December 2016 - 08:41

Yəhudilər İsrail rejiminə qarşı qətnaməni bayram etmək üçün BMT-nin baş ofisinin qarşısına toplaşdı

Story Code : 595972
"Neturey Karta İnternational" anti sionist təşkilatının üzvləri olan yəhudi nümayişçilər "İsrailin müqəddəs torpağların istənilən bir hissəsinə hakim olmağa haqqı yoxdur", "Yəhudilik sionizmi və İsrail dövlətini tanımır" plakatlarını daşıyaraq, BMT Təhlükəsizlik Şurasının qərarından məmnun olduqlarını bildiriblər.

Nümayişçilər aksiyalarının yekununda bəyanat oxuyaraq, sionist məskunlaşma yerlərini qan tökülməsinin əsas səbəblərdən biri olduğunu qeyd ediblәr, sülhə və Fələstin xalqının ağrılarının sona çatması istiqamətində BMT Təhlükəsizlik Şurasının qərarına razılıq verən ölkə və dünya güclərini təbrik ediblər.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının qərarının "Azad Fələstinə bir addım daha yaxınlaşılması" kimi şərh olunub. Həmçinin sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu və İsrail dövlətinin dünya yəhudilərini təmsil etmədiyi, yaşayış yerləri inşasının yalnız beynəlxalq hüquqa yox, yəhudi hüququna görə də cinayət olduğu vurğulanıb.
Source : Deyerler
Related Stories
Comment