0
Tuesday 2 August 2022 - 11:05

Almaniya Ukraynaya münasibəti haqda danışılanlardan gileyləndi

Story Code : 1007213
Almaniya Ukraynaya münasibəti haqda danışılanlardan gileyləndi
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Rusiyanın hücumunun ilk günlərindən Almaniya Ukrayna ordusunu silah və sursatla təmin edir:

“Əlimizdə olan hər şeyi verdik: tank əleyhinə raketlər, zenit sistemləri, minalar, silahlar, tonlarla sursat. Sonra biz daha mürəkkəb və bahalı sistemlərə keçdik: özüyeriyən haubitsalar, raket-zenit sistemləri, batareya əleyhinə radarlar. Bu sistemlərin bəziləri o qədər yenidir ki, çox az sayda istehsal edilib, bəziləri isə heç Bundesverə belə təqdim olunmayıb”.