0
Sunday 7 August 2022 - 11:13

Ərdoğandan Qərbi təşvişə salan ADDIM - Putin “YOX” demədi...

Story Code : 1008020
Ərdoğandan Qərbi təşvişə salan ADDIM - Putin “YOX” demədi...
Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər.

 
Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar.

"Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
 

Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil.