0
Tuesday 16 August 2022 - 01:06

Ukrayna ordusu nə qədər itki verib? Şok rəqəmlər!

Story Code : 1009380
Ukrayna ordusu nə qədər itki verib? Şok rəqəmlər!
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Onun sözlərinə görə, Dnepr bölgəsində 2 elektrik yarımstansiyası iki yüksək dəqiqlikli raket zərbəsi ilə sıradan çıxarılıb.

“Xarkov vilayətinin Zoloçiv qəsəbəsi yaxınlığında xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdirildiyi mərkəz vurulub. Polşa və Almaniyadan olan 100-dən çox muzdlu öldürülüb, 50-dən çoxu yaralanıb”, - Konaşenkov bildirib.

Ukrayna ordusunun 63-cü Mexanikləşdirilmiş Briqadasının Xerson bölgəsindəki mövqelərinə hücum nəticəsində 160 hərbçinin öldürüldüyünü deyən Konaşenkov Donetskdə 260 Ukrayna hərbçisinin həlak olduğunu iddia edib.

MN rəsmisi Ukrayna ordusunun qərargahının, 4 sursat anbarının və 2 yanacaq sisteminin məhv edildiyini bildirib.

Konaşenkov Ukrayna qüvvələrinə məxsus 3 pilotsuz uçan aparatın da vurulduğunu bildirib:

“İndiyədək Ukraynanın 267 təyyarəsi, 148 helikopteri, 1741 PUA-sı, 365 hava hücumundan müdafiə sisterni, 4311 tank və zirehli texnikası, 799 çoxfunksiyalı reaktiv yaylım atəşi sistemi, 3304 haubitsa və minaatanı, 4891 şəxsi hərbi texnikası məhv edilib”.