0
Monday 26 September 2011 - 22:02

"Erməni olmaq mənim üçün böyük şərəf olardı"

Story Code : 101744
"Erməni olmaq mənim üçün böyük şərəf olardı"
"Erməni olmaq mənim üçün böyük şərəf olardı"
Erməni olmaq mənim üçün böyük şərəf olardı. Lakin problem erməni olmamağımdadır. ANS PRESS-in "Qruziya Online" saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili “Spesialnıy reportaj” proqramına müsahibəsində bildirib.

“Dini konfessiyalar haqqında" qanun layihəsinə dair yayımlanan verilişdə gürcü prezidenti dini dözümlülükdən danışıb: "Əvvəllər bu haqda danışmazdılar. Bu mövzunu təhükəli hesab edirdilər. Bu, söhbəti açanlar sovet dövrünün kommunist qalıqları hesab olunurdular. Bu, imperiyanın idarə üsulu idi. Siyasətçilərin də böyük hissəsi bunların tərəfində idi”.

Saakaşvili müsahibə zamanı Gürcüstanda hakimiyyətdə olan şəxslərin heç də hamısının gürcü olmadığını deyib: “Məsələn, çariça Tamaranın soyadlarının nümayəndələrinin böyük əksəriyyəti etnik gürcülər olmayıblar. Bizdə dahi şəxslər olub ki, ya ataları, ya da anaları etnik erməni və ya başqa millətin nümayəndəsi olublar. Gürcüstan bütün bu etnik qruplardan ibarətdir”.

Saakaşvili kiçik xatırlatma da edib: "Ermənistan telekompaniyalarından biri müsahibə almaq üçün yanıma gəlmişdilər. Onlar dedilər ki, mənim erməni əslli olduğum haqda məlumatlıdırlar. Mən isə onlara dedim ki, erməni olmaq mənim üçün böyük şərəf olardı. Yeganə problem mənim erməni olmamağımdır”.

Saakaşvili daha sonra əlavə edib ki, televiziyaların birində sovet dövrü haqda veriliş yayımlanırdı: “Orada mənim erməni olduğum deyildi. Anam mənə zəng etdi və soruşdu ki, nəyə görə erməni olmadığımı demədim? Mən yenə də demək istəyirəm ki, biz bütün etnik qrupların qarışığı olan böyük sivilizasiyaslı ölkəyik”. /ANS/
Related Stories
Comment