Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“İndi biz ya hazırkı prezidentin mövqeyini dəyişməsini, ya da Ukrayna xalqının maraqları naminə öz mövqelərini dəyişəcək Ukraynanın gələcək prezidentini gözləyəcəyik”, – Dmitri Peskov bildirib.
Qeyd edək ki, Zelenski Rusiya ilə danışıqlardan rəsmən imtina edən fərman imzalayıb.
Ukrayna Rusiya ilə danışıqlar üçün “prezidentin dəyişməsini” gözləyəcəyini açıqlayıb.