Macarıstanın baş naziri Viktor Orban cümə günü Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının ölkə iqtisadiyyatına vurduğu zərəri tənqid edib.
O, çıxışında deyib: “Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə iqtisadiyyatımız hər il 10 milyard dollar itirir”.
Qeyd edək ki, Macarıstanın baş naziri daha əvvəl Avropa İttifaqını tənqid edərək, İttifaqın Ukraynada gərginliyi artırmaq yolunu seçdiyini bildirmişdi