Blinken İran və Çindəki iğtişaşları dəstəklədiyini söylədi
Story Code : 1028507
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.
O, jurnalistin ABŞ administrasiyasının Çindəki iğtişaşlara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.
"Biz hər yerdə - istər Çində, istər İranda, istərsə də başqa yerdə - insanların etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə aksiyalar bu və ya digər şəkildə yatırılırsa, o zaman biz buna qarşıyıq”, - dövlət katibi qeyd edib.