0
Thursday 26 January 2023 - 12:03

Patruşev: Anqlosakslar Rusiya ilə proksi müharibəni dayandırmayacaqlar

Story Code : 1037816
Patruşev: Anqlosakslar Rusiya ilə proksi müharibəni dayandırmayacaqlar
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Başa düşmək lazımdır ki, Ukraynada münaqişənin “qaynar mərhələsi” başa çatsa belə, anqlo-sakson dünyası Rusiya və onun müttəfiqlərinə qarşı proksi müharibəni dayandırmayacaq. Ukraynada xüsusi hərbi əməliyyatın gedişi göstərir ki, ABŞ və NATO bu hərbi münaqişəni uzatmaq üçün səylərini davam etdirmək niyyətindədirlər. Onlar artıq münaqişənin iştirakçısına çevriliblər”, - deyə Patruşev vurğulayıb.