0
Monday 30 January 2023 - 17:28

Ukrayna səfiri İran XİN-ə çağırılıb

Story Code : 1038611
Ukrayna səfiri İran XİN-ə çağırılıb
APA-nın Tehran bürosunun məlumatına görə, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın İsfahanda Müdafiə Nazirliyinin emalatxana kompleksinə hücumda ölkəsinin iştirakı ilə bağlı eyhamından sonra Ukraynanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyə çağırılıb.

İran XİN Podolyak tərəfindən irəli sürülən iddialar barədə izahat tələb edib.

Qeyd edək ki, Ukrayna prezident ofisi rəhbərinin müşaviri Twitter-də şəxsi səhifəsində yazı dərc edərək, Kiyevin İsfahandakı hücumda iştirakı ilə bağlı eyham vurmuşdu.

Ukrayna rəsmilərindən heç biri hələ ki, Podolyakın bəyanatlarını təkzib və ya təsdiq etməyib.