0
Thursday 23 March 2023 - 22:40

Fransada etiraz aksiyalarında 800 mindən çox adam iştirak edib

Story Code : 1048335
Fransada etiraz aksiyalarında 800 mindən çox adam iştirak edib
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, son aksiyalarda iştirak edənlərin sayı 820 000 nəfəri keçib. Həmkarlar təşkilatları bildirir ki, prezident Emmanuel Makronun israrı etirazçıların sayının artmasına səbəb olub.

Polislə etirazçılar arasında ən ciddi toqquşma Parisin Opera meydanında olub. Burada aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və tüstü bombaları tətbiq edilib. Parisdə 26, Lyonda 11 etirazçı saxlanılıb.

Tətil səbəbindən qatarların hərəkətində ciddi ləngimə yaranıb, Tuluzda 37 000 abonentin elektriki kəsilib. Dəmiryolçuların 25%-i, elektrik şəbəkəsi əməkdaşlarının isə 23%-i işi tətil edib. Aksiyaya qoşulanların sayı artır.