0
Saturday 16 September 2023 - 01:14

BMT TŞ-nin islahatlara ehtiyacı var - Quterreş

Story Code : 1081842
BMT TŞ-nin islahatlara ehtiyacı var - Quterreş
Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. Lakin bu, özlüyündə sülh və ədalətə təminat vermir, güclü və effektiv beynəlxalq institutlara ehtiyac var. Bununla belə, mövcud institutların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və “Bretton Vuds” (monetar idarəetmə sistemi - red.) institutlarının maliyyə sistemi keçmiş dövrü əks etdirir”, - deyə baş katib bildirib.

BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir ki, onlardan beşi (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi, 10-u isə qeyri-daimi üzvdür və iki il müddətinə seçilir.
Comment