0
Sunday 17 September 2023 - 11:44

Tel-Əvivdə Ben-Qurionun heykəlinə od vuruldu!

Story Code : 1082126
Tel-Əvivdə Ben-Qurionun heykəlinə od vuruldu!
Sionist rejimin “i24 news” saytı işğalçı İsrail rejiminin ilk baş naziri olmuş Devid Ben-Qurionun Tel-Əviv çimərliyi ərazisində ucaldılan heykəlinin yandırıldığını elan edib.

Sionist rejim polisi bununla bağlı araşdırmalara başladıqdan sonra xəbər mənbələri bu heykəli yandırmaqda təqsirləndirilən şəxsin həbs olunduğunu bildiriblər.

Daha sonra Tel-Əviv bələdiyyəsi yandırılmış heykəli çimərlikdən yığışdırıb.