0
Sunday 12 May 2024 - 08:29

Rusiya ilə böyük münaqişədə maraqlı deyilik - NATO

Story Code : 1134481
Rusiya ilə böyük münaqişədə maraqlı deyilik - NATO
Trend-in məlumatına görə, bunu NATO Baş katibinin müavini Mirça Ceoana deyib.

Ceoana Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya təcili dəstək verilməsinin zəruriliyi ilə bağlı son bəyanatlarını xatırladıb. Bildirib ki, qərarların konsensusla qəbul edildiyi NATO səviyyəsində hazırda Ukraynada alyans qüvvələrinin yerləşdirilməsi planı yoxdur.

“Biz Ukraynaya bacardığımız qədər dəstək verməkdə, eyni zamanda, bu müharibənin NATO və Rusiya arasında daha da böyük münaqişəyə çevrilməməsində maraqlıyıq”, – deyə Baş katibin müavini qeyd edib.
Comment