0
Sunday 12 May 2024 - 22:32

Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Haniyə ilə görüşüb

Story Code : 1134633
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Haniyə ilə görüşüb
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Türkiyə qəzetinin məlumatına görə, tərəflər atəşkəs danışıqlarını müzakirə edib və vurğulayıblar ki, artıq top sionist rejimin tərəfindədir, artıq onlar qərar verməlidirlər.

Əl-Cəzirə informasiya agentliyi cümə günü bildirib ki, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsinə dair danışıqlar razılıq əldə edilmədən başa çatıb və siyasi heyətlər öz yerlərinə qayıdıblar. Bu arada sionist rejim ordusu Rəfah şəhərinə hücumlarını gücləndirib.
Comment