0
Monday 13 May 2024 - 09:32

İsrail Rəfahda hərbi əməliyyata başlasa... - Blinkendən xəbərdarlıq

Story Code : 1134712
İsrail Rəfahda hərbi əməliyyata başlasa... - Blinkendən xəbərdarlıq
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS televiziyasına müsahibəsində deyib.

Blinken vurğulayıb ki, ABŞ işğalçı İsraildən Rəfahın mülki əhalisinin təhlükəsizliyini təmin etmək planını, eləcə də Qəzza zolağında münaqişə bitdikdən sonra Tel-Əvivin gələcək planının təhvil verməsini gözləyir. Onun sözlərinə görə, ABŞ-a hələlik heç bir planı təqdim dilməyib:

“Biz açıq şəkildə bildirdik ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda hərbi əməliyyata başlasa, biz müəyyən sistemləri tədarük etməyəcəyik. Ancaq hazırda gecikdirdiyimiz yeganə şey yüksək dəqiqliyə malik olan bombalardır. Çünki biz İsraillə məsləhətləşmələri davam etdiririk. Belə ki, bu silahların sıx məskunlaşan ərazilərdə, o cümlədən Rəfahda istifadə oluna biləcəyi təsirləri nəzərə alırıq”.
Comment