0
Monday 13 May 2024 - 17:37

İngiltərə Premyer Liqasında çempion kim olacaq: “Arsenal”, yoxsa “Mançester Siti”? - TƏHLİL

Story Code : 1134818
İngiltərə Premyer Liqasında çempion kim olacaq: “Arsenal”, yoxsa “Mançester Siti”? - TƏHLİL
Oxu.Az xəbər verir ki, bunun əsas səbəbi “Mançeser Siti”nin hələlik bir oyun az keçirməsidir.

Belə ki, sabah “Mançester Siti” çətin “Tottenhem” səfərində qalib gələcəyi təqdirdə “Arsenal”la xal fərqini 2-yə yüksəldəcək. Son turda “Mançester Siti” “Vest Hem”i, “Arsenal” isə “Everton”u qəbul edəcək. “Topçular”ın çempionluq ümidinin davam etməsi üçün “Mançester Siti” klubu “Tottenhem”lə görüşdə xal itkisi ilə üzləşməlidir - ya məğlub olmalıdır, ya da sülhlə barışmalıdır. Amma olduqca yaxşı mövsüm keçirən Pep Qvardiolanın komandası çempionluq titulu üçün son iki görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Komandaların son turda qarşılaşacaqları rəqiblərini müqayisə etsək, “Mançester Siti” klubunun çempionluq şansının daha çox olduğunu görə bilərik.

Xatırladaq ki, hazırda aktivində 86 xalı olan “Arsenal” turnir cədvəlinin lideridir. Bir oyun əskiyi olan “Mançester Siti” 85 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Arsenal” klubu sonuncu dəfə 2003/04 mövsümündə İngiltərə Premyer Liqasının çempionu olub.
Comment