0
Thursday 16 May 2024 - 18:08

Vəziyyət çox ciddidir, Xarkovu itirə bilmərik - Zelenski

Story Code : 1135540
Vəziyyət çox ciddidir, Xarkovu itirə bilmərik - Zelenski
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Voladimir Zelenski bildirib. Onun sözlərinə görə, son bir neçə gündə yüzlərlə insan ölüb və ya yaralanıb. Onların çoxu bölgədən olan əsgərlər idi, ona görə də orada olmaq və onlara dəstək olmaq vacib idi.

Ukrayna prezidenti hazırda Xarkovda baş verənlərə görə ABŞ-ın günahkar olub-olmaması sualına da cavab verib.

Bütün dünyanın günahıdır. Onlar Putinə işğalı həyata keçirmək imkanı verdilər. Amma indi dünya kömək edə bilər”, - deyə Zelenski cavab verib.

Onun sözlərinə görə, Kiyevə cəmi iki “Patriot” sistemi lazımdır.

“Rusiya Xarkovu ələ keçirə bilməyəcək”, - deyə Zelenski bildirib.
Comment