0
Wednesday 5 June 2024 - 10:00

Rusiya, Çin və İran Qərbi Tehranla nüvə sazişinin bərpasına çağırıb

Story Code : 1139783
Rusiya, Çin və İran Qərbi Tehranla nüvə sazişinin bərpasına çağırıb
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə 3 ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İdarə Heyətinin altıncı iclasına həsr olunmuş birgə bəyanatında deyilir.

"Çin Xalq Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası əmindirlər ki, Qərb ölkələri siyasi iradə nümayiş etdirməli, tərəflərin iki ilə yaxındır, çıxış yolu tapa bilmədiyi davamlı eskalasiya dövrünü dayandırmalı, təşəbbüs göstərməli və Birgə Hərtərəfli Fəaliyyət Planını canlandırmaq üçün lazımi addımlar atmalıdırlar. Bunu etmək hələ də mümkündür", - sənəddə qeyd olunur.
Comment