0
Thursday 6 June 2024 - 02:19

Macarıstan Rusiyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək

Story Code : 1139964
Macarıstan Rusiyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək
Biz bununla bağlı qurum ilə razılaşma əldə etmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Mandiner jurnalına müsahibəsində bildirib.

“Gələcək baş katiblə razılaşmaq istərdik ki, NATO üzvü olsaq belə, Ukraynada ruslara qarşı NATO əməliyyatlarında iştirak etməyəcəyik. Biz üzvlüyümüzü qoruyub saxlayacağıq, lakin NATO ərazisindən kənarda hərbi fəaliyyətlərdə iştirak etmək istəmirik və buna imkanımız olmalıdır. Biz bunun siyasi cəhətdən məqbul, təqdim edilə bilən mövqe kimi elan olunmasını gözləyirik”, - deyə o qeyd edib.

O qeyd edib ki, bu məsələdə Macarıstan NATO-nun baş katibi postuna namizəd, Niderlandın baş naziri səlahiyyətlərini icra edən Mark Rutte ilə razı deyil: “Biz bütün üzv dövlətlərə alyansın ərazisindən kənarda hərbi əməliyyatlarda iştirak etmək öhdəliyi qoyan NATO-nun baş katibini dəstəkləyə bilmərik”.

O, həmçinin xatırladıb ki, Budapeşt Macarıstanın diz çökdürülməsini və Avropa İttifaqından çıxarılmasını təklif edən Ruttenin namizədliyinə qarşıdır.

Qeyd edək ki, Macarıstan alyansın Baş katibi vəzifəsinə namizəd kimi Rumıniya prezidenti Klaus İohannisi dəstəkləyir. Stoltenberqin səlahiyyət müddəti isə oktyabrın 1-də başa çatır.
Comment