0
Thursday 6 June 2024 - 15:27

Rusiyadan Fransaya xəbərdarlıq - "Vuracağıq!"

Story Code : 1140064
Rusiyadan Fransaya xəbərdarlıq - "Vuracağıq!"
Teleqraf.com BFMTV-yə istinadən xəbər verir ki, bu barədə iyunun 4-də Rusiyanın Fransadakı səfirliyinin mətbuat katibi Aleksandr Maqoqonov açıqlama verib: "Əgər siz öz əsgərlərinizi, mütəxəssislərinizi və təlimatçılarınızı Ukrayna torpaqlarına göndərsəniz, ukraynalı əsgərlərə ruslara daha yaxşı hədəf almağı və öldürməyi öyrətsəniz, onlar təbii olaraq hədəfə çevriləcəklər".

Bu hədəflərə Fransa Xarici İşlər Nazirliyinin sədr müavini Kristof Lemuan cavab verib: "Bu cavabsız qalmayacaq açıqlamadıq".

Onun sözlərinə görə, Rusiya üçün cavab hələ də müzakirə olunur.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Fransanın Ukraynaya hərbi təlimatçılar göndərmək planlarını açıqlayıb.
Comment