0
Saturday 8 June 2024 - 12:03

Qaniçən İsrail uşaq qatilləri siyahısında yer almasına görə qəzəblənib

Story Code : 1140435
Qaniçən İsrail uşaq qatilləri siyahısında yer almasına görə qəzəblənib
İsrail rejiminin BMT-dəki səfiri Gilad Erdan cümə günü BMT-nin bu rejimi uşaq qatillərinin qara siyahısına salmaq qərarına cavab olaraq İsrail Nazirlər Kabinetinə müraciət edib və BMT-nin fələstinli qaçqınlar üzrə agentliyinin (UNRWA) “terror təşkilatı” elan edilməsini istəyib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi "Antonio Quterreş" ötən gecə İsrail rejimini uşaq qatilləri siyahısına salmaq qərarını açıqlayıb.
Mediada “Utanc siyahısı” kimi tanınan siyahıya münaqişə zonalarında uşaqları hədəf alanlar, onları öldürənlər, yaxud onlardan hərbi münaqişələrdə, cinsi məsələlərdə sui-istifadə edinlər salınır.

Əl-Cəzirə kanalının bu gün (şənbə) verdiyi xəbərə görə, İsrail rejiminin Kan şəbəkəsi dünən axşam bildirib ki, Tel-Əviv Birləşmiş Millətlər Təşkilatının bu qərarına cavab vermək üçün tədbirlər görür və Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə əlaqələri kəsməyi planlaşdırır.
 
Comment