0
Saturday 8 June 2024 - 13:46

"Hizbullah İsrailin qaz yataqlarını bir neçə saniyəyə məhv edə bilər"

Story Code : 1140444
"Hizbullah İsrailin qaz yataqlarını bir neçə saniyəyə məhv edə bilər"
Bu sözləri İsrailin “İsrael Hayom” qəzetinə müsahibəsində “Mossad”ın kəşfiyyat və əməliyyatlar üzrə keçmiş rəhbəri Haim Tomer deyib.

"Əl-Mayadeen" kanalının bu gün İsrail Hayom-a istinadən verdiyi xəbərə görə, Tomer deyib: "Livanla genişmiqyaslı müharibəyə girmək işğalçı İsrailin bir ölkə olaraq sağ qalma qabiliyyətini təhlükəyə atacaq".

İşğalçı İsrail rəsmiləri bir neçə həftədir ki, Livan Hizbullahı ilə münaqişələrin gərginləşməsi ehtimalının olduğunu iddia edirlər.
Mossad-ın kəşfiyyat və əməliyyatlar üzrə keçmiş rəhbəri bu barədə əlavə edib: “Hizbullahla müharibəyə getmək İsrailin mərkəzinə minlərlə raket atılması deməkdir və bu, Hayfa limanını, bütün İsraili iflic vəziyyətinə salacaq..."
Comment