0
Sunday 9 June 2024 - 15:06
Sionistlərin vəhşiliyi qınaq obyektinə çevrilib

İran sionist rejimin Nüseyrat düşərgəsində törətdiyi cinayəti kəskin pislədi

Story Code : 1140622
İran sionist rejimin Nüseyrat düşərgəsində törətdiyi cinayəti kəskin pislədi
İRNA-nın məlumatına görə, Nasir Kənani 8 iyun şənbə günü Qəzzə zolağının Nüseyrat düşərgəsində yüzlərlə fələstinli vətəndaş, uşaq və qadının qətliamında sionistlərin törətdikləri dəhşətli və sarsıdıcı cinayətləri Qəzzə zolağında işğalçı İsrail rejimi tərəfindən səkkiz aydır davam edən hərbi cinayətlərə, bütün qanun və qaydaların və beynəlxalq humanitar hüquqların pozulmasına qarşı hökumətlərin, eləcə də BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, məsul beynəlxalq təşkilatların hərəkətsizliyinin nəticəsini hesab edərək deyib: “Bu hərəkətsizliyin davam etməsi cinayətkarları fələstinlilərin soyqırımını davam etdirməyə sövq etməkdən başqa bir şey deyil”.
Diplomatik qurumun sözçüsü vurğulayıb: “Fələstin vətəndaşlarının və uşaqların parçalanmış və qanına boyanmış cəsədləri sionist rejimin silah arsenallarının Amerika və Avropanın bomba və raketləri ilə davamlı şəkildə doldurulması, ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimi dəstəkləməkdə davam etməsinin nəticəsidir”.
 
Source : SaharTV
Comment