0
Sunday 9 June 2024 - 15:09

Macarıstanın baş naziri Orban Qərbin niyə Rusiyanı məğlub etmək istədiyini açıqlayıb

Story Code : 1140624
Macarıstanın baş naziri Orban Qərbin niyə Rusiyanı məğlub etmək istədiyini açıqlayıb
"Vəziyyət əslində belədir ki, Qərb hərbi liderləri Rusiyanı müharibədə məğlub etmək istəyirlər. Böyük plan! Bu qədər sadə! Amma nə üçün? Həm də pul xatirinə. Həmişə olduğu kimi pul, aktiv, təsir naminə".
"AzadBaki" informasiya agentliyi xəbər verir ki, bunu baş nazir Viktor Orban HirTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, resurslarla zəngin həmin Ukrayna bu gün borc içində boğulur və xarici şirkətlər onun münbit torpaqlarına və iqtisadi aktivlərinə çıxış əldə edirlər.
Macarıstanın baş naziri vurğulayıb ki, Qərbdə çoxları 1990-cı illərə qayıtmaq istəyir, o vaxt Rusiyanın resursları, aktivləri və pulları onların əlində idi.
“Sərhədindəki münaqişədə Rusiyanı məğlub etmək” cəhdi planın birinci mərhələsidir”, - Orban deyib.
O, həmçinin ABŞ-in Avropa dövlətlərinin zəmanəti ilə Ukraynaya 40 milyard dollar kredit ayırması ideyasını ironik şəkildə “böyük məbləğ” adlandırıb.
Bundan əvvəl Orban bildirmişdi ki, Amerika hərbi sənayesi Ukraynadakı münaqişə zamanı çox böyük sifarişlər alır, ona görə də ABŞ Kiyevə yeni yardım paketləri ayırmaqla onu gecikdirir, Avropa da daxil olmaqla əhalinin əksəriyyəti sülhə maraqlıdır.
Yada salaq ki, iyunun əvvəlində Macarıstanda keçirilən “sülh marşı”nda çıxışı zamanı Orban bildirmişdi ki, Avropanın müharibəyönlü siyasətçiləri 20-ci əsrdə iki dəfə cəhd etdikləri kimi Rusiyanı məğlub etmək istəyirlər, lakin reallıqdan xəbərsizdirlər. Onun sözlərinə görə, belə siyasətçilər üçün “müharibə narkotik kimidir, onun qulları heç vaxt özlərini məsuliyyətli hesab etmirlər və heç kimə qulaq asmırlar”. O, həmçinin qarşıdan gələn Avropa Parlamenti seçkilərində sülh tərəfdarı olan siyasətçilərə səs verməyə çağırıb.
Source : Azadbakı
Comment