0
Sunday 9 June 2024 - 20:04

İranın yeni prezidenti kim olacaq? - 6 nəfərin namizədliyi təsdiqləndi

Story Code : 1140670
İranın yeni prezidenti kim olacaq? - 6 nəfərin namizədliyi təsdiqləndi
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, növbədənkənar seçkilərdə iştirak hüququ Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mostafa Purmohammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkiana verilib.
Comment