0
Monday 10 June 2024 - 12:29

"Mənə qarşı sui-qəsd hazırlanıb" - Maduro

Story Code : 1140838
"Mənə qarşı sui-qəsd hazırlanıb" - Maduro
Teleqraf.com xəbər verir ki, Maracaybo şəhərində seçki kampanyasının davam etdirən Maduro müxalifətin ona öldürməsi üçün killerlər tutduğunu deyib.

Maduro sui-qəsd planlarının arxasında duranların müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Xulio Borxes olduğunu iddia edib:

“Onların bir qrup killerləri var və ifrat sağçılardır. Onsuz da Venesuelada bir qrup killer var ki, məni axtarırlar və bizə zərər vermək istəyirlər. Getdiyim və ziyarət etdiyim hər yer sürpriz olmalıdır, təhlükəsizlik qüvvələri həmişə olduğu kimi öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirir. Mən Allahın əlindəyəm, yer üzündəki vəzifələrimi yerinə yetirmək üçün hədəflərimə doğru gedirəm

Sui-qəsddə ittiham olunan və barələrində həbs qərarı çıxarılmış müxalifətin tanınmış liderlərindən Lopez, Ledezma və Borxes hazırda xaricdə yaşayırlar.

Venesuelada iyulun 28-də keçiriləcək prezident seçkiləri keçiriləcək.
Comment