0
Tuesday 11 June 2024 - 10:15

İran prezidentliyinə namizədlərin televiziya debatlarının cədvəli müəyyənləşib

Story Code : 1141021
İran prezidentliyinə namizədlərin televiziya debatlarının cədvəli müəyyənləşib
Bazar günü paytaxt Tehranda qarşıdan gələn prezident seçkiləri üçün təsdiqlənmiş altı namizədin nümayəndələri, nəzarət orqanı olan Konstitusiyanın Mühafizə Şurasının müşahidəçiləri, Daxili İşlər Nazirliyinin nümayəndələri, eləcə də İranın Teleradio Təşkilatının rəhbərinin iştirakı ilə mərasim keçirilib.
Mərasimdə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün televiziya və radio proqramlarının da qrafiki müəyyən edilib.
İlk debat gələn həftənin bazar ertəsi, iyunun 17-nə təyin edilib. Bundan bir neçə gün sonra 20 iyun cümə axşamı, 21 iyun cümə günü, 24 iyun bazar ertəsi daha üç debat keçiriləcək, sonuncu debat isə iyunun 25-i çərşənbə axşamı, seçkilərə üç gün qalmış olacaq.
Debatlar saat 20:00-dan 24:00-a qədər keçiriləcək və İran televiziyasının Birinci Kanalında canlı yayımlanacaq.
Prezident seçkilərinə vəsiqə qazanan altı namizədin adları bunlardır: Səid Cəlili, Əmir Hüseyn Qazizadə Haşimi, Məhəmməd Baqir Qalibaf, Əli Rza Zakani, Mustafa Purməhəmmədi və Məsud Pezeşkian.
İran İslam Respublikasının doqquzuncu prezidentini seçmək üçün cümə günü, iyunun 28-də on dördüncü prezident seçkiləri keçiriləcək.
 
Source : SaharTV
Tagged
Iran prezident
Comment