0
Thursday 15 December 2011 - 15:22

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

Story Code : 122496
Hicab - Qadağa - Məhbus - Müdafiə - Komitə - BƏYANAT
Hicab - Qadağa - Məhbus - Müdafiə - Komitə - BƏYANAT
Əziz İslam Peyğəmbərinin (ə) övladı, üçüncü imam Həzrət Hüseynin (ə) Aşura mərasimini bütün ölkə üzrə, təxribat və maneələrə baxmayaraq, hər ilkindən də izdihamlı və izzətlə keçirən müsəlman xalqımıza öz minnətdarlığımızı bildiririk!

Amma müsəlman xalqımız hazırkı iqtidarın İslam və müqəddəs Qurana ehtiramsızlıq əlaməti olaraq qəbul etdiyi anti-islam yəni, yeni təsdiqlənən islamafobiya qanunularını qəti şəkildə pisləyir və ölkə tarixində belə qanunun ibtidai insan haqlarının ən kobudcasına pozulması kimi qiymətləndirir.

Ölkədə baş alıb gedən fitnə-fəsad, oğurluq, qumarbazlıq, şərabxorluq, narkotika, əxlaqsızlıq, tərbiyəsizlik, mənviyyatsızlıq, intihar, qəsdən adamöldürmə, rüşvətxorluq kimi onlarca ictimai bəlalara qarşı ən yüksək səviyyədə büdcəsiz və xərcsiz mübarizə aparan müqəddəs İslama aid mənəvi materialların və proqramların qadağası, xaricdə rüşvətsiz və pak ruhiyyə ilə ali dərəcədə dini təhsil almış Əhli-Beyt (ə) məktəbinin davamçılarının təbliğinin məhdudlaşdırılması və bu sahədə ağır maddəlar və cərimələrin təyin olunmasını xalqımızın mənəviyyatına, bu gününə və gələcəyinə vurulan ən böyük mənəvi zərbə hesab edirik.

Ümidvarıq ki, əziz müsəlman xalqımız pak və müqəddəs İslam, Quran və Əhli-Beyt (ə) məktəbinin ölkəmizdə tam şəkildə bütün təbəqələr arasında yayılmasında var qüvvəsindən istifadə edəcək, sonda isə xalqımızın bu günkü və gələcək nəsilləri qarşısında öz mənəvi borcunu layiqincə yerinə yetirəcəklər!

Bu müqəddəs İslamı, Quranı və Aşura məktəbini bizdən əvvəlki pak alim, ziyalı, şair, mütəfəkkir və inananclılarımız öz canları və malları bahasına bizlərə çatdırıblar və biz də inşaallah gələcək nəslə ötürməliyik!

HHQM MK-nın mətbuat xidməti

Source : HaqqYolu
Related Stories
Comment