APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, bu gün Bingöl vilayəti ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirən jandarmalar bir qrup terrorçu ilə qarşılaşıblar. Terrorçular “təslim ol” çağırışına atəşlə cavab verdikdən sonra atışma başlayıb. Nəticədə 8 terrorçu məhv edilib.
Bölgədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
IslamTimes - Türkiyənin cənub-şərqində sentyabrın 2-də axşam PKK terrorçuları ilə baş verən silahlı toqquşmada ən azı 9 hərbçi və polis həlak olub, 8-dən çoxu isə yaralanıb.