0
Friday 23 December 2011 - 21:01

Medvedevdən xalqa ABŞ xəbərdarlığı

Story Code : 124616
Medvedevdən xalqa ABŞ xəbərdarlığı
Medvedevdən xalqa ABŞ xəbərdarlığı
Xatırladaq ki, Rusiyadakı etiraz aksiyları zamanı ABŞ Rusiya xalqını aksiyalarda daha ciddi olmağa çağırmışdı.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Dmitri Medvedev, qubernatorların birbaşa seçilməsinin bərpa ediləcəyini vəd edib. Bununla belə, o qeyd edib ki, Dövlət Dumasına seçkilərin rəsmi nəticəsindən narazı qalan vətəndaşlar ilə manipulyasiya etməyə imkan verməyəcək.

Rusiya parlamenti qarşısında çıxış edən Dmitri Medvedev Rusiya seçicilərinə xaricdən təsir göstərilməsinə eyham vurub.

Rusiya prezidenti qeyd edib ki, Rusiya rəhbərliyi təxribat və ekstremistlərin ölkəni vətəndaş müharibəsinə sürüklənməsinə və xaricdən Rusiyanın işlərinə müdaxilə edilməsinə yol verməyəcək,

"Rusiyaya demokratiya lazımdır, xaos yox", - Medvedev deyib.
Rusiya prezidenti ölkədə İctimai Televizyanın yaradılmasını təklif edib.

Dmitri Medvedev eləcə də qeyd edib ki, "dövlət məmurlarının xərclərinə nəzarət edilməsini düzgün sayır"

O qeyd edib ki, nəzarət mexanizmi iriməbləğli xərclərin deklarasiya edilməsi yolu ilə baş verəcək.

Prezident Medvedev eləcə də təklif edib ki, qohumların rəhbərlik etdikləri dövlət korporasiyaları və şirkətlər arasında sövdələşmələr və əməliyyatlar məhdudlaşdırılsın.
Comment