"IslamTimes" "Reuters"-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi 63 səhifəlik hesabatında ABŞ dövlətini hüquq normalarına qarşı iki yönlü siyasət yürütməkdə ittiham edib. Bu dövlətin prezidenti Barak Obama Quantanoma həbsxanasını hələ də bağlamayıbdır.
Moskvanın hazırladığı hesabatda deyilir: "ABŞ-da vəziyyət heç də Vaşinqtonun açıqladığı kimi deyil. Ağ Ev və ədliyyə nazirliyi SİA-nın qeyri-qanuni əməllərini dəstəkləyir. Bu ölkədə əhaliyə işgəncə verilməsi ilə yanaşı telefon danışıqlarında nəzarət olunur."