0
Monday 2 January 2012 - 16:45

İranla müharibə İsrailin və dünya iqtisadiyyatının süqutu deməkdir

Story Code : 127029
İranla müharibə İsrailin və dünya iqtisadiyyatının süqutu deməkdir
İranla müharibə İsrailin və dünya iqtisadiyyatının süqutu deməkdir
CIA-nın analatikləri deyirlər ki, ABŞ prezidenti Barak Obama İsrail rejiminin süqutunu istəmirsə, İran əleyhinə müharibə hədələrinə son qoymalıdır. Tanınmış analitiklərdən bir qrupu Barak Obamaya söz verib ki, İran əleyhinə müharibə kompaniyasına təcili son qoyulmalıdır, əks-təqdirdə bu təbliğat İsrail və dünya iqtisadiyyatının süqutu ilə nəticələnəcək.

Rey Makqavren və Elizabet Muri “Onsortiumnews” saytında yazırlar ki, Obamanın “bütün seçimlər stol üzərindədir” kimi təkrar bəyanatları ABŞ-ın İranla müharibənin sonunu dərk etmədiyini göstərir.


Onlar bildirirlər ki, İranla müharibə yalnız silah alverçilərinin xeyrinədir. Obamaya müraciətlə deyilir: “Əgər müşavirləriniz sizi qane ediblərsə ki, İranla düşmənçilik İsrailin xeyrinədir, ciddi yanılırlar.”

Bu iki analitik vurğulayır ki, İranla müharibə İsrail rejiminin varlığına son qoya bilər. Hətta dünya iqtisadiyyatı bu müharibənin yaratdığı gərginlik səbəbindən dağıla bilər.

Vaşinqton və Tel-Əviv İranın nüvə proqramları hərbi ola bilər deyə şübhələrlə Tehranı müharibə ilə hədələyirlər. Dəfələrlə qeydə alınıb ki, ABŞ və İsrail rəsmiləri
İranın nüvə proqramından dolayı İrana hücum edə bilərlər.

Amerika Birləşmiş Hərbi Qüvvələrinin rəisi deyir ki, istənilən bir anda əmr verilsə, İrana hücum həyata keçəcək.

General Martin Dempesi Əfqanıstanda ABŞ mətbuatına müsahibəsində deyib: “Biz hal-hazırda varyantlar üzərində işləyirik. Mən əminəm ki, üzərində işlədiyimiz varyant son mərhələyə çatmaq üzrədir və onu istənilən anda həyata keçirə bilərik.”

Bu sözlər elə bir zamanda səslənir ki, Amerika müdafiə naziri Leon Panta deyir ki, İrana münasibətdə heç bir seçim istisna
deyil.

İsrail son həftə dəfələrlə İran əleyhinə müharibə bəyanatları səsləndirib. İsrailin hərb naziri Ehud Barak bildirib ki, İranla müharibə vaxtı çatıb. İsrail prezidenti Şimon Peres də 6 noyabrda İrana hücum əməliyyatlarından danışıb.

Tehran rəsmiləri bildirir ki, İrana qarşı istənilən bir hərbi addıma ağıla gəlməyən cavab veriləcək. İran tərəfi bu müharibənin təkcə regionda məhdudlaşmayacağını bildirib. Mək Qavren və Muri İranın nüvə proqramlarının hərbi yönlü olmadığına və bu ittihamların Tehrana qarşı bəhanə olduğuna inanır. Onlar İranla müharibə mövzusunu
qalmaqallı yalan adlandırırlar. İran bu mövqedə dayanır ki, MAQATE üzvü və nüvə silahının yayılmaması haqqında razılaşmanı imzalamış tərəf kimi nüvə proqramlarını inkişaf etdirə bilər.

Sabiq mütəxəssislər Obamadan tələb edirlər ki, Amerika xalqı ilə səmimi olsun və İranın nüvə proqramı barədə xalqa düzgün məlumat versin. Onlar deyirlər: “Siz Obama yaxşı bilirsiniz ki, İranın nüvə proqramının sülhməramlı olmadığını sübuta yetirəcək dəlil axtarışlarınız səmərəsizdir."

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment