0
Sunday 12 February 2012 - 14:42

İran ABŞ-ın pilotsuz casus təyyarəsini nümayiş etdirib

Story Code : 137190
İran ABŞ-ın pilotsuz casus təyyarəsini nümayiş etdirib
İran ABŞ-ın pilotsuz casus təyyarəsini nümayiş etdirib
İran ötən gün paytaxt Tehran şəhərində, Azadlıq meydanında İslam İnqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasimində ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini nümayiş etdirib. Xatırladaq ki, ötən gün 11 fevralda ABŞ və İranla düşmənçilik edən digər bir neçə Qərb dövlətinə İran xalqı tərəfindən ağır zərbə gəldi. Milyonlarla İran əhalisi küçələrə axışaraq, "ABŞ-a, İsrailə ölüm" şüarları səsləndirdilər. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, hazırda İranın ustalıqla ələ keçirdiyi ABŞ pilotsuzu uçuşa hazır vəziyyətdədir.
Comment