İranın xarici işlər naziri Əli Əkbər Salehi bir neçə diktator rejimi İranın nüvə proqramına dair fikir ayrılıqlarını aradan qaldırmaq üçün "öhdəlik" və "təhlükə"ni fərqləndirməyə çağırıb. Salehi İsveçrənin Cenevrə şəhərində BMT-nin Nüvəsizləşdirmə Konfransında bu barədə danışıb. İranın xarici işlər naziri bildirib ki, "nüvə enerjisi nüvə silahı demək deyildir" və İranın kütləvi qırğın silahı hazırlamaq niyyəti yoxdur.